Capitalist.az
Maliyyə

Azərsun Holdinqdə işçi rifahı: Təhlükəsizlik tədbirləri müzakirə olunub

· 1 dəq ·

İnfoturun məqsədi istehsal prosesləri, əmək şəraiti və əməyin mühafizəsi sahəsində görülən işlərlə yerində tanış olmaq, həmçinin gələcək əməkdaşlıq imkanlarını dəyərləndirmək olub.

Azərsun Holdinqdə işçi rifahı: Təhlükəsizlik tədbirləri müzakirə olunub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) SƏTƏM üzrə əməkdaşlarının iştirakı ilə “Azərsun Holdinq”in Sumqayıtda yerləşən istehsalat müəssisələrinə birgə infotur təşkil olunub.

İnfoturun məqsədi istehsal prosesləri, əmək şəraiti və əməyin mühafizəsi sahəsində görülən işlərlə yerində tanış olmaq, həmçinin gələcək əməkdaşlıq imkanlarını dəyərləndirmək olub.

Səfər çərçivəsində Xam Kağız Fabriki, Təmizlik Kağızları İstehsalı Fabriki və Təmizlik Vasitələri Fabrikinə baxış keçirilib. Qonaqlara istehsalat prosesləri, texnoloji yeniliklər, təhlükəsizlik qaydaları və əməkdaşlar üçün yaradılmış şərait barədə məlumat verilib.

İnfotur zamanı fərdi mühafizə vasitələrindən istifadə, iş yerlərində təhlükəsizlik qaydalarına əməl olunması, əməkdaşların maarifləndirilməsi və sosial şəraitin yaxşılaşdırılması məsələləri diqqət mərkəzində olub.

Görüşlərdə tərəflər əməyin mühafizəsi sahəsində təcrübə mübadiləsinin və birgə maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayıblar.

Təşəbbüs “Azərsun Holdinq” və AHİK arasında əməkdaşlığın inkişafı, istehsalatda təhlükəsiz iş mühitinin təşviqi və gələcək birgə layihələr üçün yeni imkanların yaradılması baxımından əhəmiyyət daşıyır.

Oxşar xəbərlər