Azərsun-da “Breyn Rinq”: Zəfər Gününə həsr olunan yarışmanın qalibləri bəlli oldu
Qalib komandalar kubok və hədiyyələrlə mükafatlandırılıblar. Tədbir əməkdaşlar arasında komanda ruhunun gücləndirilməsi, bilik mübadiləsi və sağlam rəqabətin təşviqi baxımından yadda qalıb.

Zəfər Günü münasibətilə Azərsun Holdinq əməkdaşları arasında “Breyn Rinq” intellektual yarışı keçirilib. Maraqlı və gərgin mübarizə şəraitində baş tutan yarışda komandalar bilik və zəka bacarıqlarını nümayiş etdiriblər. Yarışın nəticələrinə əsasən, TRNA Təchizat komandası I, Beyin kapitalı komandası II, The Brainfathers komandası isə III yerə layiq görülüb. Qalib komandalar kubok və hədiyyələrlə mükafatlandırılıblar. Tədbir əməkdaşlar arasında komanda ruhunun gücləndirilməsi, bilik mübadiləsi və sağlam rəqabətin təşviqi baxımından yadda qalıb.