Capitalist.az
Digər

Prezidentdən yeni Fərman: Azərbaycanda Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradılır

· 1 dəq ·

Capitalist.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.

Prezidentdən yeni Fərman: Azərbaycanda Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradılır

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində yeni büdcə təşkilatı – “Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi” yaradılır.

Capitalist.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.

Fərmana əsasən, Mərkəz meşəçilik sahəsində təlimlərin təşkili və keçirilməsi, meşə bitkilərinin toxum gen bankının yaradılması və idarə olunması, toxum nümunələrinin mühafizəsi, eləcə də meşə tinglərinin yetişdirilməsi ilə məşğul olacaq.

Nazirlər Kabinetinə iki ay müddətində Mərkəzin işçi sayını və vəzifə maaşlarını təsdiqləmək, həmçinin onun maddi-texniki təminatı ilə bağlı tədbirlər görmək tapşırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi də iki ay ərzində Mərkəzin nizamnaməsini və Maliyyə Nazirliyi ilə razılaşdırılmış strukturunu təsdiq etməli, bu barədə Prezidentə məlumat verməlidir.

Mərkəzin fəaliyyəti isə dövlət büdcəsindən ayrılan vəsait hesabına maliyyələşdiriləcək.

Oxşar xəbərlər