Capitalist.az
Maliyyə

Terminallarda 500 manat limiti: Böyük məbləğli əməliyyatlar üçün yeni tələb

· 1 dəq ·

Yeniliyin əsas məqsədi ödənişlərin təhlükəsizliyini artırmaq və əməliyyat aparan şəxsin kimliyini müəyyənləşdirməkdir.

Terminallarda 500 manat limiti: Böyük məbləğli əməliyyatlar üçün yeni tələb

Azərbaycanda ödəniş terminalları vasitəsilə 500 manatdan artıq məbləğdə ödəniş və pul köçürmələri həyata keçirmək istəyən şəxslər üçün yeni identifikasiya tələbi qüvvəyə minib.

2026-cı il noyabrın 16-dan tətbiq edilən qaydaya əsasən, bu məbləği aşan əməliyyatlar zamanı istifadəçilər şəxsiyyətlərini rəqəmsal platformalar vasitəsilə təsdiqləməlidirlər. Yeniliyin əsas məqsədi ödənişlərin təhlükəsizliyini artırmaq və əməliyyat aparan şəxsin kimliyini müəyyənləşdirməkdir.

“MilliÖn” terminallarında istifadəçilər şəxsiyyətlərini Bir ID, SİMA və ya MyGov vasitəsilə təsdiqləyə bilərlər. Bir ID ilə təsdiqləmə Birbank tətbiqi üzərindən də mümkündür. Bunun üçün terminalda müvafiq xidmət və məbləğ seçildikdən sonra ekranda QR-kod yaradılır. İstifadəçi kodu telefonundakı tətbiqlə skan edərək identifikasiyadan keçir.

“Expresspay” terminallarında da 500 manatdan artıq nağd ödənişlər üçün SİMA İmza vasitəsilə təsdiqləmə tələb olunur.

500 manatadək əməliyyatlar isə yeni identifikasiya tələbi olmadan həyata keçirilə bilər. Qeyd edək ki, smartfonu olmayan istifadəçilər üçün “MilliÖn” terminallarında hələlik alternativ təsdiqləmə üsulu nəzərdə tutulmayıb.

Oxşar xəbərlər