İnvestorlar üçün yeni imkan: Kapital Bank istiqrazları satışda
İnvestisiyaya başlamaq üçün minimum məbləğ 100 manatdır. İstiqrazların tədavül müddəti isə 1 il təşkil edir.

Kapital Bank investorlar üçün yeni istiqraz təklif edib. Bank ümumi həcmi 100 milyon manat olan istiqraz proqramının ilk mərhələsində 50 milyon manatlıq istiqraz satışına başlayıb.
İstiqrazlar illik 10% gəlir təklif edir və faiz ödənişləri hər ay həyata keçirilir. İnvestisiyaya başlamaq üçün minimum məbləğ 100 manatdır. İstiqrazların tədavül müddəti isə 1 il təşkil edir.
İstiqrazları 1 avqust 2026-cı ilədək Birbank Invest tətbiqi və ya Kapital Bank/Birbank filialları vasitəsilə əldə etmək mümkündür. Mobil tətbiqdə bunun üçün “İnvestisiyalar” bölməsindən “Lokal bazar” seçimini etmək lazımdır. Abunə zamanı minimum və maksimum alış limiti müəyyən edilməyib. Yerləşdirmə prosesində fiziki şəxslərin müraciətlərinə üstünlük veriləcək.
Filiallar vasitəsilə müraciət edən fiziki şəxslərin komissiya xərclərini bank qarşılayacaq. Bu imkan kiçik məbləğlərlə investisiya etmək istəyənlər üçün əlavə üstünlük yaradır. Bank istiqrazlarına investisiya etməzdən əvvəl gəlir şərtlərini, müddəti və riskləri qiymətləndirmək vacibdir. Capitalist.az oxucularına xatırladır ki, istiqrazlara investisiya etməzdən əvvəl gəlir dərəcəsi, ödəmə müddəti və mümkün riskləri diqqətlə qiymətləndirmək vacibdir.