Capitalist.az
Elm və texnologiya

Tesla Avropada istehsal gücünü ikiqat artırmağa hazırlaşır

· 2 dəq ·

Tesla Berlin yaxınlığındakı Qruenheide giqafabrikasına 3 milyard avro (3,3 milyard dollar) sərmayə yatıracaq. Şirkət Cybercab robotaksisinin istehsalını genişləndirməyi planlaşdırır.

Tesla Avropada istehsal gücünü ikiqat artırmağa hazırlaşır

Tesla Almaniyada yerləşən Grünheide Gigafactory zavoduna 3 milyard avro (3,3 milyard dollar) sərmayə yatırmağı planlaşdırır. Şirkət bu investisiya ilə Cybercab robotaksisinin istehsalını genişləndirməyi hədəfləyir.

Plan çərçivəsində zavodda əlavə istehsal müəssisəsi tikiləcək. Bu genişlənmə Grünheide fabrikini Almaniyanın ən böyük avtomobil zavoduna çevirə və Volkswagen şirkətinin Wolfsburg zavodunu geridə qoya bilər.

Tesla layihə üçün tikinti icazəsinə müraciəti 2026-cı ilin sonuna qədər etməyi, tikintiyə 2027-ci ilin birinci yarısında, istehsala isə 2029-cu ildə başlamağı planlaşdırır. Şirkət gələcəkdə zavodda ildə 1 milyona qədər Cybercab istehsal etməyi hədəfləyir.

Alman avtomobil istehsalçıları Volkswagen, Mercedes-Benz və BMW iş yerlərini ixtisar etdiyi və zavodların bağlanmasını nəzərdən keçirdiyi halda, Tesla ölkədə fəaliyyətini genişləndirir. Şirkət son aylarda Grünheide zavodunda Model Y istehsalını artırıb və 2 000-dən çox yeni işçi işə götürüb.

Bununla belə, layihənin reallaşması ilə bağlı bəzi suallar qalır. Cybercab hələ kommersiya baxımından geniş miqyasda satışa çıxarılmayıb. Bundan əlavə, zavodun genişləndirilməsi ekoloji etirazlar və Almaniyanın güclü IG Metall həmkarlar ittifaqı ilə mübahisələr fonunda həyata keçiriləcək.

Tesla ilkin mərhələdə layihə üçün bir neçə yüz yeni işçi cəlb etməyi, həmçinin 2027-ci ilin ortalarından etibarən zavodda batareya elementlərinin istehsalına başlamağı planlaşdırır.

Oxşar xəbərlər