Capitalist.az
Maliyyə

Rusiyada illik inflyasiya 7,17%-ə çatıb

· 1 dəq ·

Rusiyada 17–23 noyabr tarixləri ərzində illik inflyasiya 7,17% səviyyəsində qeydə alınıb.

Rusiyada illik inflyasiya 7,17%-ə çatıb

Rusiyada 17–23 noyabr tarixləri ərzində illik inflyasiya 7,17% səviyyəsində qeydə alınıb.

TASS agentliyinin məlumatına görə, bu barədə Rusiya İqtisadi İnkişaf Nazirliyinin inflyasiya dinamikasına dair hesabatında bildirilib.

Nazirliyin açıqladığı göstəricilərə əsasən, hesabat dövründə həftəlik inflyasiya 0,3% təşkil edib. Ərzaq məhsullarının qiymətində 0,38%, meyvə və tərəvəz məhsullarının qiymətində isə 1,9% artım müşahidə olunub. Digər ərzaq məhsulları üzrə qiymət artımı 0,23% təşkil edib.

Qeyri-ərzaq məhsullarının qiymətləri həftə ərzində 0,23%, monitorinq aparılan xidmət sektorunda isə 0,45% artıb.

Hesabat dövründə ən yüksək qiymət artımı meyvə və tərəvəz məhsulları üzrə qeydə alınıb.

Rusiya İqtisadi İnkişaf Nazirliyinin məlumatına əsasən, ölkədə illik inflyasiya göstəricisi 7,17% təşkil edib.

Mənbə: TASS

Oxşar xəbərlər