Muskdan milyardlarla dollarlıq vəd: ABŞ-dakı uşaqlara SpaceX səhmləri
Musk bu təşəbbüsün necə həyata keçiriləcəyi və səhmlərin nə vaxt paylanacağı barədə əlavə məlumat verməyib.

Elon Musk ABŞ-dakı hər bir uşağa iki ədəd SpaceX səhmi verməyi planlaşdırdığını açıqlayıb. O, X sosial şəbəkəsindəki paylaşımında səhmlərdən birinin şirkət, digərinin isə şəxsən özü tərəfindən veriləcəyini bildirib.
Musk bu təşəbbüsün necə həyata keçiriləcəyi və səhmlərin nə vaxt paylanacağı barədə əlavə məlumat verməyib.
ABŞ mediasının məlumatına görə, ölkədə təxminən 72 milyon uşaq yaşayır. Bu isə vəd edilən səhmlərin ümumi dəyərinin təxminən 18,4 milyard dollar ola biləcəyini göstərir. Qeyd edək ki, təşəbbüsün detalları hələ açıqlanmayıb.