Mark Mills "Vəhşi bağça" romanında yazırdı: "Gənclərin etdiyi hər şeyi bəyənməmək qocaların işidir". Yeniyetmələr internetdə çox vaxt keçirirlər? Onların sosial mediadan asılılığı varmı? Pew Araşdırma Mərkəzinin yeni hesabatı uşaqların internetdən və sosial mediadan nə qədər tez-tez istifadə etdiyinə aydınlıq gətirir. Aprel və may aylarında Pew 13-17 yaş arası 1300 amerikalı arasında rəqəmsal mediadan istifadə ilə bağlı sorğu keçirib. Sorğunun nəticələrinə görə, onlar sosial mediada daha çox vaxt keçirirlər.
 
Sorğuda ən köklü platformalardan biri olan "YouTube" daha çox bəyənilir: 95%-i ondan ən azı bir dəfə istifadə edib. Onların 77%-i proqramdan gündəlik istifadə edir. Pew son dəfə 2014-15-ci illərdə yeniyetmələr arasında sorğu keçirəndə Facebook respondentlərin 71%-nin istifadə etdiyi ən populyar sosial media platforması idi. İndi yalnız 32%-i bundan istifadə etdiyini deyir.
 
Yeniyetmələr indi Facebook, TumblrTwitter kimi mətn yüklü proqramlardan çəkinirlər. Səkkiz il əvvəl 14% ilə müqayisədə yeniyetmələrin yalnız 5%-i Tumblr-dan istifadə edib. 2014-15-ci illərdəki sorğuda respondentlərin 33%-i Twitter istifadə edirdisə, indi bu rəqəm cəmi 23%-ə bərabərdir. SnapchatInstagram kimi əsasən şəkil kontenti olan platformalar daha populyardır. Bir qədər "yaşlı" yeniyetmələr İnstagram-a üstünlük verirlər: 15-17 yaşlıların 73%-i ondan istifadə etdiklərini bildirir. 13 və 14 yaşlılarda isə bu rəqəm 45%-ə bərabərdir.
 
Çinə məxsus video tətbiqi TikTok yüksələn platformadır: yeniyetmələrin 67%-i ondan istifadə edir. Onların təxminən 16%-i bu platmaformadan “demək olar ki, daim” istifadə edir.
 
Ümumiyyətlə, gənc amerikalılar səkkiz il əvvəlki həmkarlarına nisbətən daha çox onlayndırlar. "Daima" onlayn olan gənclərin payı təxminən iki dəfə artıb və 2014-15-ci illərdəki 24%-dən indi 46%-ə çatıb. Digər 48% isə internetdən “gündə bir neçə dəfə” istifadə edir. Buna baxmayaraq, əksəriyyət sosial mediada düzgün vaxt keçirdiklərini düşünür.