Massaçusets Texnologiya İnstitutu (MIT) ilə Harvard və Monreal universitetlərindən üç tədqiqatçı marketinq firmalarının insanların yuxularına reklam yerləşdirə bildiyini bildirib.
Şirkətlərin getdikcə daha çox maraq göstərdiyi yeni marketinq taktikası mütəxəssisləri təşvişə salıb. The Hustle-a danışan akademiklər və tədqiqatçılar yuxularımıza reklam yerləşdirməyə imkan verəcək yuxu inkubasiyası kimi tanınan texnoloji inkişafı qiymətləndirdilər. Yuxuların fərdlərin şəxsiyyətini əks etdirdiyini dilə gətirən mütəxəssislər texnologiyanın gələcəyindən narahatdır.
Son zamanlar getdikcə daha çox şirkət bu texnologiyanı sınaqdan keçirmək üçün alimlərlə əməkdaşlıq edir. Bunlara ABŞ-da yerləşən Molson Coors içki şirkəti rəhbərlik edir. Şirkət 7 Fevral 2021-ci ildə Super Bowl-dan əvvəl istehlakçıların yuxularına girməyə çalışan “hədəflənmiş yuxu inkubasiyası” adlı bir araşdırma hazırlamış və eksperimentdə iştirak edəcəklərə pulsuz pivə vəd etmişdi. Bu addım elmi ictimaiyyətdə mühüm müzakirələrə səbəb oldu və 40 alim reklamçıları tənqid edən məktub imzaladı. Sonra Xbox və Burger King də daxil olmaqla bir sıra müxtəlif sənayelərdən şirkətlərin audio və video texnikaları ilə bu yenilikdə iştirak etmək üçün elm adamları ilə əməkdaşlıq etdiyi xəbəri gəldi. O vaxtdan bəri ekspertlər arasında müzakirələr davam edir. Amerika Marketinq Assosiasiyası-Nyu-York tərəfindən aparılan son sorğu göstərib ki, marketoloqların 77 faizi üç il ərzində yuxulara təsir etmək üçün bu texnologiyadan istifadə etməyi planlaşdırır. Reklamçıların yuxuda olan insanlara məhsul satmaq üçün artıq evlərdə yayılmış ağıllı hoparlörlərdən istifadə etdikləri güman edilir. Başqa sözlə, yuxu inkubasiyası texnologiyası artıq həyatımızdadır. Məxfilik məsələsi MİT tədqiqatçısı Kathleen Esfahany də “real dünyada mövcud olan asılılıqların və digər problemlərin reklamçılar tərəfindən şiddətləndiyindən” narahatdır. Xəbərdarlıq məktubuna imza atan elm adamları arasında olan Sara Mednik yuxuda inkubasiya texnologiyasının məxfilik üzərindəki təsirlərinə diqqət çəkib. Reklamçıların tərəfini tutanlar nə deyir? İçki şirkəti Coors-un təcrübələr üçün məsləhətləşdiyi Harvard professoru, məşhur yuxu mütəxəssisi Deirdre Barrett həmkarlarının ifadə etdiyi narahatlıqları başa düşdüyünü, lakin bəzi qorxuların həddindən artıq şişirildiyini deyib. “Elmi ədəbiyyatı oxuduğum zaman yuxuyla əlaqəli olan reklamların tam oyaq olan istehlakçılara təqdim olunan reklamlar qədər təsirli olacağına dair az sübut var.” Bu fikri Montreal Universitetinin Yuxu və Kabus Laboratoriyasının direktoru Tore Nilsen bölüşüb.  “Reklam verənlərin yuxularımızı manipulyasiya etməsinin çox real ideya olduğunu düşünmürəm” deyə Nielsen öz fikrini paylaşıb. Həmçinin bu texnikanın bazarı tənzimləyən qanun və qaydalara zidd olub-olmayacağı da məlum deyil.