Google Rusiyaya qarşı embarqolar çərçivəsində Rusiyanın YouTube kanallarının monetizasiya funksiyasını deaktiv etmişdi. Bu vəziyyət ən mühüm dolanışıq mənbəyi YouTube olan rəqəmsal məzmun istehsalçılarına mənfi təsir göstərib. 5,4 milyon abunəçisi olan rusiyalı YouTuber Yan Lapotkov da onlardan biridir. Lapotkov Business Insider-ə bildirib ki, o, sosial mediadakı izləyicilərini Facebook və WhatsApp-a alternativ olan VK və Telegram kimi platformalara yönəltməli olub. Ancaq bu proses göründüyü qədər sadə deyil. Rəsmi məlumatlara görə, Yan Lapotkov 2021-ci ildə 41,7 milyon rubl (576,5 min dollar) qazanıb. Məşhur YouTuber, işğaldan sonra onun YouTube kanalının gəlirlərinin 99 faizini itirdiyini söylədi. Son videosunda abunəçilərini VK və Telegram səhifələrinə dəvət edən Lapotkov kripto pullarla ianə qəbul etdiyini də açıqlayıb. Yaşadığı gəlir itkisinin qarşısını almaq üçün bu addımları atdığını ifadə edərək, “Vəziyyətin tamamilə ədalətli olduğunu düşünmürük. Biz qlobal və açıq dünyada yaşamaq və işləmək istəyirik, lakin təəssüf ki, bu, hazırda mümkün görünmür”. Bir çox mövzularda, xüsusən də kosmosla bağlı videolar çəkən Yan Lapotkov tək işləmir, 10 nəfərlik komanda ilə işləyirlər. Business Insider-in məlumatına görə, Lapotkovun kanalı təkcə dekabr ayında reklamlardan 33 400 dollar qazanıb. YouTube Premium sayəsində o, 3 min dollar əlavə gəlir əldə edib.