
Telefonların bəlkə də ən böyük düşməni sudur. Suya davamlı telefonlar son zamanlarda istehsal olunsa da, əksər cihazlar suya qarşı acizdir. Bu məsələ üzərində çalışan “Apple” şirkəti iPhone modellərini su altında və ya güclü yağışda istifadə etməyə imkan verəcək yeni patent alıb.
Bir çox flaqman və bəzi orta büdcəli smartfonların gövdələri IP67 və ya IP68 standartı üzrə sudan qorunurlar. Bu isə o deməkdir ki, həmin smartfonları suyun və ya yağışın altında istifadə etmək olar. Lakin bu cür vəziyyətlərdə smartfondan istifadə prosesi qəlizləşir. Belə ki, onun ekranı su damcılarına reaksiya verməyə başlayır. Apple şirkəti isə öz növbəsində bu qıcıqlandırıcı problemi aradan qaldırmaq üçün nəzərdə tutulmuş yeni üsulu fikirləşib və onu patentləşdirib. Şirkətin yeni patenti “Elektron cihazın nəmişliklə qarşılıqlı əlaqəsi zamanı funksionallığını dəyişməsi” adını əldə edib. Həmin patentə əsasən iPhone modeli təzyiq və nəmişlik sensorlarından istifadə edərək rütubət vəziyyətini təyin edə bilər.
Apple-ın əsas məqsədi ekranın toxunma həssaslığını qorumaqdır. Buna uyğun olaraq, smartfon ekranının hətta su altında olarkən toxunma jestlərini dəqiq oxuya bilməsi hədəflənir. Bunun üçün şirkət müxtəlif üsullara əl atıb.
Hər şeydən əvvəl, Apple yeni patenti ilə ekrana tətbiq olunan qüvvəni təyin edən sensorları geri qaytara bilər. Apple bu yolla telefonu barmaq təzyiqindən, toxunma bildirişlərini isə sudan ayırmağı planlaşdırır.
Eyni zamanda, bu təzyiq sensorları telefonun suyun altında qaldığını aşkar edə bilir. Patent ərizəsi "yanlış toxunma" və "əsl toxunma" arasında fərq yaratmaq üçün bir kondansatör sistemindən istifadə ideyasını təqdim edir.
Bunlara əlavə olaraq cihaz suya girərkən və ya güclü yağışlı mühitlər təsbit edildikdə ekranda bir neçə xüsusi qısayol düyməsinin görünməsi də patentin məzmunları arasındadır. Beləliklə, normal toxunma girişinin qeyri-kafi ola biləcəyi vəziyyətlərdə, fərdiləşdirilə bilən düymələr sayəsində istifadəçilərin telefon təcrübəsindən istifadə etməsinə mənfi təsir göstərməmək hədəflənir.
Apple-ın patent müraciəti olduqca təsir edici səslənir. Lakin bu funksiyaların iPhone modellərində nə vaxt istifadə olunacağı bəlli deyil.
Patentdə qeyd edilib ki, smartfonun su ilə kontaktı zamanı onun istifadəçi interfeysi dəyişə bilər. Məsələn, ekran üzərindəki sensorlu düymələr öz yerlərini dəyişə və ya ölçülərini böyüdə bilərlər. Bu isə öz növbəsində onlara rahat şəkildə klikləməni təmin edə bilər.