
Proceedings of the National Academy of Sciences jurnalında dərc olunan məqaləyə görə, kainatın təxminən 13,8 milyard illik fasiləsiz genişlənməsi artıq dayana bilər və sonra kainat yavaş-yavaş büzülməyə başlaya bilər. ABŞ-ın Prinston Universitetinin Nəzəri Elmlər Mərkəzinin direktoru Paul Steinhardt da daxil olmaqla üç alim kosmik genişlənmə ilə bağlı əvvəlki müşahidələri bir araya gətirdi.
Bu məlumatlara əsaslanaraq komanda kompüterdə qaranlıq enerjini (kainatın getdikcə daha sürətlə genişlənməsinə səbəb olacağına inanılan sirli müşahidə olunmayan maddə) görüntüləyib. Qaranlıq enerjinin kainatın ümumi kütlə enerjisinin təxminən 70 faizini təşkil etdiyi düşünülür. Albert Eynşteynin nəzəriyyəsinə görə, qaranlıq enerjinin kosmoloji sabit, yəni enerjinin dəyişməz forması olması ehtimal edilir. Bu nəzəriyyə doğrudursa, kainat sonsuza qədər genişlənməyə davam etməlidir.
Ancaq buna etiraz edən başqa bir nəzəriyyə, qaranlıq enerjinin sabit olmasının lazım olmadığını göstərir. Bu sirli maddəni “kvintessensiya” adlandıran nəzəriyyə 1998-ci ildə Steinhardt da daxil olmaqla elm adamları tərəfindən irəli sürülüb. Yeni tədqiqat Steinhardt və həmkarlarının nəzəriyyəsinə əsaslanırdı və qaranlıq enerjini təbiətin sabit qüvvəsi deyil, zamanla parçalanan varlıq kimi simulyasiya edirdi.
Tapıntılar göstərdi ki, kainatın genişlənməsi milyardlarla ildir sürətlənsə də, qaranlıq enerjinin hərəkətverici qüvvəsi zəifləyir. Buna əsasən, kainatın sürətlənməsi növbəti 65 milyon il ərzində sürətlə sona çata bilər, daha sonra isə 100 milyon il ərzində genişlənmə tamamilə dayana və daralma dövrü başlaya bilər. Bu daralma dövrü milyardlarla il sonra məkanın və zamanın ölümü və bəlkə də yenidən doğulması ilə nəticələnə bilər.
Livescience-ə danışan Steinhardt, "Gəlin 65 milyon il geriyə qayıdaq. Chicxulub asteroidinin Yerə çarpdığı və dinozavrları məhv etdiyi dövrə qədər..." Kosmik miqyasda 65 milyon il olduqca qısadır.