Yaponiyada səhm qiymətlərini artıran yerli valyuta zəifliyinin uzun müddətdir qurulmuş nümunəsi bu il işləmədi. Beləliklə investorlara yeni strategiya lazımdır. Bu isə, öz növbəsində avtomobil sənayesinə də təsir edir.

Sənayenin hesabat valyutası olan zəif yen tarixən Yaponiyanın üç böyük avtomobil istehsalçısı - Toyota, Honda və Nissan üçün daha yüksək mənfəət demək olmuşdur. Qeyd edək ki, ötən il valyuta ABŞ dollarına nisbətdə ¥113-dən ¥146-a qədər zəifləyib. Hər ¥1 düşmə Toyota üçün 40 milyard ¥-dən çox əməliyyat mənfəəti gətirməlidir.

Bununla belə, Toyota-nın sentyabr rübü üçün mənfəəti bazar gözləntilərindən xeyli aşağı olub. O, həmçinin mart ayına qədər maliyyə ili üçün istehsal hədəfini azaldıb. Honda əməliyyat mənfəəti ilə bağlı tam illik proqnozunu yüksəldə bilsə də, bu rəqəmlər gözləntilərdən aşağı idi.

Bu zəif nümayişin bir hissəsi avtomobil istehsalçıları tərəfindən xaricdə istehsal nisbətlərini artıran strateji hedcinqlə bağlıdır. Avtomobil istehsalçılarını rekord mənfəətlə təmin etmək əvəzinə, bu ilki yen çöküşü idxal olunan xammal və enerjinin artan xərclərini daha da artırır.

Son aylarda Nissan-a xüsusilə ağır zərbə vuran çip tədarükünün pozulması ilə birlikdə bu amillər sektorun gələcəyini qaraldır. Yeri gəkmişkən qeyd edək ki, Nissan Fransanın Renault şirkəti ilə əməkdaşlıq çərçivəsində dəyişən dinamikanın öhdəsindən də gəlir. Renault-nun Nissan-ın 43%-inə sahib olduğu, lakin Nissan-ın Renault-da cəmi 15% payına sahib olduğu faktı isə qeyri-müəyyənliyi artırır.

Nissan və Toyota-nın səhmləri bu il 12%-dən çox ucuzlaşıb ki, bu da daha geniş etalon indeksinin azalmasından iki dəfə çoxdur. Bununla belə, üçlüyün bütün səhmləri qlobal rəqib Volkswagen-ə nisbətən yüksək qiymətlə satılır.