The Mobile Indian mənbələrə istinadən xəbər verir ki, Xiaomi texnoloqlar üçün yeni subbrend və ya “təmiz” Android smartfonlar seriyasını təqdim edə bilər. Qeyd olunur ki, büdcəli modellər Snapdragon 765 çipset, daha bahalı modellər isə Snapdragon 778 ilə təchiz ediləcək. Bundan əlavə, yeni brend smartfonlar minimal əlavələrlə “təmiz” Android sistemi ilə təchiz ediləcək. Beləliklə, törəmə brenddə Xiaomi mülkiyyətçi MIUI qabığından imtina edə bilər. Yeni subbrendin smartfonları 15-25 min rupi (təxminən 320 – 535 manat civarında) qiymətə satılacaq və onların yığılması Hindistanda həyata keçiriləcək. Bundan əlavə, Xiaomi smartfonlara üç zəmanətli Android ƏS yeniləməsi və dörd illik təhlükəsizlik dəstəyi təklif edəcək. Xiaomi isə hələlik Hindistan mediasında yayılan bu xəbərlərə münasibət bildirməyib.