Gözlər qəlbin aynasıdır deyirlər.Lakin burada sadəcə baxışlar nəzərdə tutulmur.Bunu mən yox, İsveç alimləri apardıqları təcrübələrlə sübut etdilər. Əslində, gözlərimiz qarşımızdaki şəxslərə özümüz haqqında məlumatlar verir. Orebro universitetinin alimləri 428 nəfərlik təcrübə ilə çox maraqlı işə imza atıblar. Onlar göz rənglərinin insanların xarakterlərinə yansıyıb-yansımamasını öyrənmək istəyirdilər. Təcrübələr nəticəsində məlum oldu ki,göz rəngləri həqiqətən də insanların xarakterləri haqqında məlumatlar verir. Bəs hansı göz rəngi hansı xarakterə malikdir?
Tünd qəhvəyi və qaraya yaxın gözlər-Doğuşdan liderlik xüsusiyyətlərinə sahib və çox kəskin qərarlar verə bilən insanlar ümumiyyətlə bu göz rənginə sahib olur.Göz bəbəyindəki qaranın çox basqın olduğu bu gözlərə sahib insanlar daha çox sevilirlər.Bu da lider olmalarını təmin edir. Eyni zamanda bu göz rəngini daşayan insanlar fokuslanma mövzusunda çox bacarıqlı olduqlarından ümumiyyətlə idmanda da müvəffəqiyyətli olurlar.
Mavi gözlər-Mələk ya şeytan? Hansı olacağınıza, edəcəyiniz seçimlər, atdığınız addımlar qərar verir.Mavi göz rənginə sahib insanların böyük bir mənəvi gücü var. Bunu hansı istiqamətdə istifadə etdiklərinə uyğun olaraq xarakterləri haqqında fikir söyləyə bilərsiniz. Bu insanlar əsla tərəddüd içində qalmırlar. Eqoistıik kimi xüsusiyyətlərə sahib olmaları da heç kimə sirr deyil.Onlar inkişafa daha açıq, daha müasir və asan adaptasiya ola bilən insanlar olaraq ümumiyyətlə digər insanlardan fərqlənirlər.Araşdırmalar nəticəsində məlub olub ki, doğum sancısı və hamiləlik stressini mavi gözlü qadınlar daha rahat keçirir.Bundan əlavə onlar qarşısındakı insana təsir etmək gücünə də sahibdirlər.
Boz gözlər -Çox nadir olaraq rast gəlinən boz gözlər əslində mavi rəngin bir növünə aiddir.İki fərqli xarakteri daşıyan boz rəng gözlərə sahib insanlar haqqında deyilən ən əhəmiyyətli şey, sirli və qapalı olmamalarıdır. Belə insanlar, ümumiyyətlə digər insanlara kömək etmək üçün yaranıblar
.Ala gözlər -Ən məhşur göz rənglərindən biri olan ala gözlər çox xüsusi bir xarakterin aynasıdır əslində.Üstünüzdəki rəngə və işığa görə yaşıldan qəhvəyə doğru dəyişən ala gözlərə sahib insanlar, özünə xas xüsusiyyətləri ilə seçilirlər.Ümumi olaraq, spontan yaşayan və azad insanlar olan ala gözlülər balanslı olsalarda sirrli istiqamətləriylə də diqqət çəkirlər.Cənubi Avstraliya Universitetində Doktor Metyu Liçin araşdırmaları nəticəsində müəyyən edilib ki, onlar həzm sistemi problemlərini daha çox yaşayırlar.
Açıq qəhvəyi gözlər-Məhşur göz rənglərindən biri də aşıq qəhvəyi gözlərdir.Bu göz rənginə sahib insanlar, dostcanlı və istiqanlı olurlar.Alimlərin sözlərinə görə, onlar nəzakətli,hörmətli olmaqla yanaşı həm də ciddi xarakterə sahibdirlər. Bu göz rənginə sahib insanlar digər insanlardan daha az yatırlar.Bu səbəblə yuxu bu insanlar üçün ümumiyyətlə bir problemə çevrilib. Zamanında yatmaq, zamanında qalxmaq mövzusunda açıq qəhvəyi gözlərə sahib insanlar çətinlik çəkirlər.
Yaşıl gözlər -Bu göz rənginə sahib olanlar insanlara təsir etmək gücünə malikdirlər.Ətrafındakıları idarə etmək kimi xüsusiyyətə sahib olmasalarda insanları çaşdırmaqda və yanlış istiqamətləndirməkdə ustadəlar desək yanılmarıq.Başqa özəllikləri sirrli və özünə inamlı olmalarıdır.Yaradıcıdırlar, emosiyalarını cilovlamağı bacarırlar.