Mark Zukerberq messencer yeniləmələrini açıqladı. “WhatsApp” messencerini bir sıra yeniliklər gözləyir, - “Meta” şirkətinin rəhbəri Mark Zukerberq bildirib. WhatsApp-da yeni məxfilik xüsusiyyətləri:
  • İstifadəçilər digər istifadəçiləri xəbərdar etmədən qrup çatlarını tərk edə biləcəklər.
  • İstifadəçinin onlayn olduğu zaman kimin gördüyünə nəzarət etmək mümkün olacaq (analoji funksiya Telegramda da var).
  • Yoxa çıxan mesajların ekran görüntülərinə qadağa.
"Biz şəxsi söhbətlərdə olduğu kimi mesajlarınızı qorumaq və onları məxfi və təhlükəsiz saxlamaq üçün yeni üsullar yaratmağa davam edəcəyik" deyə top-menecer qeyd edib.