Amerikalı rəssam, pop-art hərəkatının öncüllərindən olan Andy Warholun  "Marilyn Monroe" portreti 195 milyon dollara satılıb. Nyu-Yorkdakı Christie's hərracında "Shot Sage Blue Marilyn'' portreti satışa çıxarılıb. Warholun 1960-cı illərdə çəkdiyi Marilyn Monroe portretlərindən biri olan tablo 195 milyon dollara satılaraq 20-ci əsrin ən bahalı sənət əsəri olub. Warholun Marilyn Monroe portreti İtaliyanın məşhur İntibah rəssamı Leonardo da Vinçinin 450 milyon dollara satılan “Salvator Mundi” əsərindən sonra dünyanın ən bahalı ikinci sənət əsəri olub.