FED-in uçot dərəcəsini artırmasından sonra Wall Street-də ABŞ-ın tənəzzülü ilə bağlı şərhlər artmağa başlayıb. Wells Fargo, Moody's və Guggenheim-dən şərhlər sərtləşdirmənin ABŞ iqtisadiyyatında tənəzzülə səbəb ola biləcəyinə diqqət çəkdi. ABŞ-da tənəzzüllə bağlı narahatlıqlar FED-in son 28 ilin ən kəskin faiz artımından sonra artmağa başlayıb. Wall Street institutları sərtləşdirmə prosesinin iqtisadi aktivliyə mənfi təsir edəcəyi qənaətindədir. Wells Fargo 2023-cü ilin ortalarına qədər mülayim bir tənəzzül proqnozlaşdırdı. Bank inflyasiyanın istehlakçıların alıcılıq qabiliyyətini azaldacağını və FED-in inflyasiya ilə mübarizə üçün addımlar atacağını, beləliklə də iqtisadiyyatı tənəzzülə sürükləyəcəyini bildirib. Moody's Analytics-dən şərhlər də ölkədə yumşaq eniş ehtimalının aşağı olduğuna işarə etdi. Bloomberg-in xəbərinə görə Moody's Analytics Pul Siyasəti Araşdırmaları Direktoru Ryan Sweet FED-in inflyasiya aradan qaldırılana qədər faiz artırmağa davam edəcəyini və bunun iqtisadiyyata mənfi təsir göstərəcəyini bildirib. Fed qısamüddətli siyasət faizini 75 baza bəndi artıraraq 1,50-1,75 faiz aralığına çatdırmışdı. Bu artım 1994-cü ildən bəri ən sürətli faiz artımı olub. Faiz dərəcəsi qərarından əvvəl gələn pərakəndə satış məlumatlarından da mənfi siqnallar var idi. May ayında ABŞ-da pərakəndə satışlar son 5 ayda ilk dəfə aylıq bazda azalıb. Bu, istehlak xərclərinin inflyasiyanın artması ilə mülayimləşdiyini göstərdi. 1994-cü ilin noyabrında Fed daha əvvəl faiz dərəcələrini 75 baza bəndi artırmağa qərar verərkən,mərkəzi bank pul siyasətini inflyasiya üzərində sərtləşdirdi və iqtisadiyyatda yumşaq eniş əldə edə bildi. Bu artım 1994-1995-ci illər arasındakı 13 aylıq dövrdə FED-in sədri olan Alan Qreenspanın iqtisadiyyatın istiləşməsinin qarşısını almaq üçün faiz dərəcələrini 3 faizdən 6 faizə yüksəltmə silsiləsinin bir hissəsi idi. 1994-cü ildə səhmlər cəmi bir il ərzində 1,2 faiz kimi ucuzlaşdı və Fed tənəzzülün qarşısını ala bildi. 1995-ci ildə səhmlər 34 faiz artım yaşadı. CFRA Research-in məlumatlarına görə səhmlər 1994-cü ilin noyabrında 75 baza bəndi artımdan sonra kiçik bir eniş yaşadı və 1995-ci ilin fevralında artımdan əvvəl bərpa olunmağa başladı. CFRA Araşdırma Strateqi Sam Stovall FED-in 1994-cü ildə illik inflyasiya səviyyəsindən çox faiz artırdığını ifadə edərək, “Bu dəfə inflyasiya faiz dərəcələrindən əhəmiyyətli dərəcədə daha sürətlə yüksəlir, ona görə də mövcud vəziyyət FED-in tamamilə fərqli bir vəziyyətə düşdüyünə işarə edir, daha aqressiv hərəkət etməlidir”.