- Kodlaşdırma dilləri hər hansı bir texnoloji işin təməl elementidir, lakin hamısı bərabər deyil.
- Python və SQL ən populyar dillər arasındadır. C++ və Tableau isə daha çox ixtisaslaşmışdır.
"Meta" və "Amazon" kimi texnoloji nəhənglərdən tutmuş "Stripe" və "Chime" kimi fintechlərə qədər, texnoloji sənayedə işdən çıxarılmalar baş verdi. Lakin bacarıqlı texnoloqlar və ya karyerasını texnologiyaya dəyişmək istəyənlər hələ də Wall Street-də iş tapa bilərlər.
Bugünkü texnologiya dünyasında proqramlaşdırma dilləri üzrə müəyyən təcrübəyə malik olmaq şərtdir. "Python" və "Java" kimi kodlaşdırma dilləri, insanların bir sistemin icrası üçün bir sıra təlimatlar təqdim etməklə kompüterlərlə əlaqə qura bilməsidir.
Göründüyü kimi, bütün proqramlaşdırma dilləri bərabər deyil və bəziləri Wall Street-ə digərlərindən daha uyğundur.
Wall Street-də texnoloji iş tapmaq üçün ən yaxşı proqramlaşdırma dilləri bunlardır:
Python
İstifadə edən firmalar: Banklar, hedcinq fondları və investisiya firmaları
Wall Street-in mühəndislik işində əsas dil olan Python uzun müddətdir ki, bir çox firmalar üçün siyahıda birinci yerdədir. Bəzi hedcinq fondları hətta dilin öz xüsusi versiyasını yaradır.
Vizuallaşdırmadan statistik təhlillərə, modelləşdirmə və maşın öyrənmə tətbiqlərinə qədər, "Python"-da bir çox funksiyalar var.
SQL
İstifadə edən firmalar: Demək olar ki, hər bir maliyyə firması
Məlumatlar maliyyə firmalarının strategiyalarında daha çox mərkəzləşdikcə, marketinqdən tutmuş yeni sövdələşmə imkanlarının müəyyən edilməsinə və riskin təhlilinə qədər – verilənlər bazasından məlumatı sorğulamaq və ya götürmək üçün ən ümumi və əsas məsələlərdən biri "SQL"-i bilməkdir.
"SQL", əlaqəli verilənlər bazası dilidir. Yəni, müxtəlif verilənlər cədvəllərini birləşdirə bilmək üçün nəzərdə tutulmuşdur. Onun çevikliyi "SQL"-in müxtəlif formalarda genişləndirilməsi deməkdir.
C++
İstifadə edən firmalar: Yüksək tezlikli ticarət oyunçuları və birjalar
Sürətin əsas olduğu oyun proqramları və sistemlər üçün C++ tərtibatçısı kimi təcrübəli olmaq çox yaxşıdır. Bu, xüsusilə yüksək tezlikli ticarət firmaları və birjalarda ciddi önəm kəsb edir. Burada şirkətlər rəqabətdə mikrosaniyə daha sürətli olmaqla bir-biri ilə yarışırlar.
Tableau və Power BI
İstifadə edən firmalar: Maliyyə firmaları, banklar
Wall Street texnoloji mütəxəssisləri məlumatlar haqqında söz düşdükdə, onlar çox vaxt məlumatları vizuallaşdırmaq və analiz etməkdən danışırlar.
Məlumatların vizuallaşdırılması və kontekstləşdirilməsi üçün istifadə olunan "Tableau" və "Power BI" kimi alətlərin köməyi olmadan analizlər aparmaq mümkün olmur.
Java
İstifadə edən firmalar: Banklar və bənzər firmalar
"Python" kimi, "Java" da Wall Street-də, xüsusən daha köhnə tətbiqlərlə işləyən korporativ bank təşkilatları arasında geniş istifadə olunur. "Java" bankçılıq dünyasında ilkin mövqe tutdu. Çünki onun məlumatlara çıxışı məhdudlaşdıran təhlükəsizlik xüsusiyyətlərinə malik olduğuna inanılırdı, eyni zamanda daşınma və ya maşınlar arasında ötürülmə imkanı təklif edilirdi.
İndi "JPMorgan" və "Goldman Sachs" kimi böyük bankların əksəriyyəti "Java"-ya bağlıdır. Lakin "Two Sigma" kimi digər firmalar da bu kodlaşdırma dilindən istifadə edirlər.
Go və Rust
İstifadə edən firmalar: Fintechlər, banklar
Texniki cəhətdən, bu siyahıdakı kodlaşdırma dillərinin bir çoxu, açıq mənbədir və ya tərtibatçıların mülkiyyət lisenziyası olmadan istifadə etməsi üçün əlçatandır.
Həmçinin son illərdə "Go" və "Rust" da daxil olmaqla bir neçə açıq mənbəli dilə daha çox tələbat var.
Fintechlər, "Go" və digər açıq mənbə alətlərini əhatə edən yeganə maliyyə firmaları deyil. "Blackrock"-da firmanın bulud işlərinin çoxu açıq mənbəli proqram təminatı üzərində qurulur. Bu fevral ayında Wells Fargo-nun texniki direktoru "Rust" və "Go" dillərini bankın daha çox uyğunlaşdığı dillər kimi qeyd etdi.
Bu arada, "JPMorgan"-ın bulud mühəndisi üçün iş elanında "Python" və "Java" ilə yanaşı "Go" proqram təcrübəsi, arzu olunan üstünlük kimi göstərilib. Həmçinin "Morgan Stanley"-də proqram memarı üçün son iş elanına "Java" və "SQL" ilə yanaşı "Rust" da zəruri bacarıq kimi daxil edilmişdir.