
Volkswagen ABŞ və Kanadada 246.000 Atlas və Atlas Cross Sport SUV model avtomobillərini avtomobillərin təhlükəsizlik yastıqları, şüşələri və əyləclərində problem yarada bilən naqil probleminə görə geri alıb (recall).
Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi Administrasiyasının (National Highway Traffic Safety Administration or NHTSA) hesabatına görə avtomobillərin naqillərinin zədələnməsi təhlükəsizlik yastıqlarının “hazırlandığından gec” açılması ilə nəticələnə bilər ki, bu da avtomobildə olan insanların xəsarət almasına səbəb ola bilər.
Elektrik naqilləri problemi avtomobillərdə avtomobilin şüşələrinin öz-özünə aşağı düşməsi və elektron dayanacaq əyləcinin qəflətən aşağı sürətlə işə düşməsi də daxil olmaqla digər problemlərə də səbəb ola bilər.
Hesabata görə hələ ki şirkət problemi həll etməyib, lakin Volkswagen geri alınan avtomobillər üçün kompensasiya proqramı təklif etməyi planlaşdırır.
Geri alınan (recall) modellərə 2019-2023-cü il model Volkswagen Atlas, eləcə də 2020-2023-cü il model Volkswagen Atlas Cross Sport daxildir.
Volkswagen avtomobillər geri alınmaya (recall) daxil olarsa, sahibləri və dilerləri 10 may 2022-ci il tarixində poçt vasitəsilə xəbərdar edəcək. Sahiblərin SUV model avtomobillərini təmir üçün gətirə bilməsi üçün şirkət, həmçinin təmir işlənib hazırlandıqda yenidən əlaqə saxlayacaq.
Bu arada sahiblər Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi Administrasiyasının (National Highway Traffic Safety Administration or NHTSA) veb saytında identifikasiya nömrəsini və ya VIN-ni yazaraq avtomobillərinin geri alınmaya (recall) daxil olub-olmadığını öyrənə bilərlər.