“VKontakte” sosial şəbəkəsi öz messencerinə və mobil tətbiqinə mətnin ani tərcüməsi funksiyasını əlavə edib. Bu barədə şirkətin məlumatında deyilir. İstifadəçilər mesajları rus dilindən ingilis, ispan və ya portuqal dillərinə və əksinə tərcümə edə biləcəklər. Mövcud dillərin sayı artacaq. Proqram mətni yalnız istifadəçinin istəyi ilə tərcümə edəcək, deyə sosial şəbəkə vurğulayır. Qəbul edilən mətni audio versiyada da dinləmək olar. Tərcüməçi üçüncü tərəf avadanlıqlarının və ya proqram həllərinin iştirakı olmadan VK-nın öz texnologiyaları üzərində işləyir. Mesajlarda maşın tərcüməsi və dilin aşkarlanmasının etibarlılığı açıq məlumatlar üzrə öyrədilmiş və müxtəlif regionları, fəaliyyət sahələrini və sosial şəbəkə istifadəçilərinin söz ehtiyatının və ünsiyyət tərzinin xüsusiyyətlərini nəzərə almağa qadir olan neyron şəbəkə modeli ilə təmin edilir.