Capitalist.az fərdi inkişaf layihəsi çərçivəsində, “Öyrən və Qazan” layihəsinə start verir. Layihənin əsas məqsədi izləyicilərin müxtəlif mövzularda maariflənməsi və eyni zamanda maariflənərək hədiyyələr qazanmasıdır.
Necə iştirak etməli?
Testlərdə iştirak etmək üçün tərəfinizdən tələb olunan sadəcə saytımızdan qeydiyyatdan keçməkdir. Qeydiyyat zamanı tələb olunan informasiya aşağıdakılardır:
- Ad
- Soyad
- Elektron poçt ünvanı
- Cinsiniz
- Şifrə
Həftəlik, aylıq və illik keçirilən müsabiqələrin qalibi olduğunuz təqdirdə, sizinlə mail vasitəsilə və ya qeydiyyatdan sonra hesabınızda olan “Profil” bölümündə qeyd edəcəyiniz mobil nömrənizlə əlaqə saxlanılacaqdır.
“Profil” bölümünə daxil olmaqlan, həm cari testləri, həm də daha öncə iştirak etmiş olduğunuz testləri görə bilərsiniz. Testlər sistem üzərində bir həftə qalır və növbəti həftəyə keçid edərkən ötən həftənin testlərində iştirak edə bilməyəcəksiniz.
Hər bir test üçün optimal müddət mütəxəssislərimiz tərəfindən seçilir və eyni testdə təkrar iştirak etmək mümkün deyildir.
Profilinizdə yer alan “Liderlər” tablosunda, gündəlik, həftəlik, aylıq olaraq öz mövqeyinizi görə bilərsiniz.
Xalların qazanılması
Siz testlərdə iştirak edərək doğru cavab verməklə, hər doğru cavab üçün 10 xal qazanacaqsınız. Səhv verilmiş cavaba görə xallar itirilmir.
Qeyd edək ki, “Profil” bölməsində yer alan sualları cavablamaqla əlavə xal qazana bilərsiniz.
Mövzular və Format
Testlərdə qarşılaşacağınız suallar, əsasən Capitalist.az-ın öz sosial şəbəkə hesablarında və saytında paylaşdığı “Reel” formatlı maarifləndirici videolardan, ümumi dünya görüşü və riyazi məntiq testlərindən ibarət olacaqdır.
Testlər seçmə üsullu cavablarla, mətn və video formatında ola bilər.
Hədiyyələr
Həftənin üç qalibinə hədiyyələr təqdim olunur. 1-ci yerin sahibinə 100 AZN, 2-ci yerin sahibinə 50 AZN, 3-cü yerin sahibinə isə 20 AZN dəyərində hədiyyə təqdim olunacaqdır. Ayın qalibinə isə 300 AZN dəyərində hədiyyə təqdim olunacaqdır. Həftəlik və aylıq hədiyyələr haqqında sosial media hesablarımızı və veb səhifəmizi izləməklə məlumat əldə edə bilərsiniz.