Apple keçən həftə çoxdan gözlənilən Future Time tədbirini keçirdi. Burada o, iPhone 14 seriyasını, AirPods Pro 2 və yeni Apple Watch modellərini təqdim etdi. Biz həmçinin Apple Watch 8 və Apple Watch SE (2022) xüsusiyyətlərini gördük.
Bu il Apple 3 yeni ağıllı saat təqdim etməklə təəccübləndirdi: Apple Watch 8, Apple Watch SE (2022) və Apple Watch Ultra. Korpus ölçülərini nəzərə alsaq, 5 yeni modelin olduğunu deyə bilərik. Təbii ki, Ultra istisna olmaqla, onlar GPS və ya GPS+Cellular olaraq 2 variantda satılır.
Ancaq Apple Watch almaq istəyən insanlar üçün topladığımız xüsusiyyətlər cədvəlinə Ultra modelini daxil etmədik. Çünki bu ağıllı saat həm Azərbaycanda, həm də xaricdə kifayət qədər bahadır. Əslində, ilkin sifariş qiyməti 2 600 manat civarında dəyişir. Başqa sözlə, demək olar ki, iPhone 14 ilə eyni məbləğ tələb olunur. Bu səbəbdən Apple Watch 8 ilə Apple Watch SE (2022) olan bu iki modeli 1000 manatdan aşağı qiymətə müqayisə edirik.
İki cihaz bir-birinə olduqca yaxındır. Ancaq ekran ölçüsündən tutmuş sensorlara qədər görünən və görünməyən bəzi fərqlər var. Əvvəla, Apple Watch 8 sələfi kimi ekran çərçivələrini azaldıb. SE modeli isə 6-cı nəsildə gördüyümüz bir qədər qalın çərçivələrə malikdir.
Bununla belə, hər iki cihaz 1000 nit parlaqlığa (günəş altında 500 nit və yuxarı) çata bilən LTPO OLED Retina panellərindən istifadə edir. Ancaq fərqli olaraq, SE modeli 40 mm və 44 mm ölçülərə malikdir, 8-ci nəsildə isə biz 41 mm və 45 mm görürük. Beləliklə, bu bir az daha böyükdür. Bundan əlavə, qırılmaya daha davamlı olan sapfir şüşədən istifadə edir.
Hər iki cihazın daxilində eyni S8 prosessoru var. Sağlamlıq baxımından qeyd etmək lazımdır ki, eyni funksiyaya malik olsalar da, 8-ci nəsildə yenilənmiş sensorlar var. Bundan əlavə, SE modelində EKQ xüsusiyyəti yoxdur. Digər vacib amil isə aşağı güc rejiminin yalnız Watch 8-də olmasıdır.