Keçdiyimiz günlərdə Uber növbəti iki il ərzində öz proqramlarında, avtomobillərin üstündə və oturacaqların arxasında reklamlar nümayiş etdirərək 1 milyard dollarlıq biznes yaratmaq məqsədi ilə qlobal reklam bölməsini işə salıb.
 
Amazonun keçmiş reklam direktoru Mark Grether rəhbərlik etdiyi bölmə bu ilin əvvəlində Uber Eats tətbiqindəki reklamlardan, eləcə də bir neçə bazarda avtomobil üstü reklam lövhələrindən ibarət reklam biznesi yaradılıb.
 
Bəzi bazarlarda sınaqdan keçirilmiş yeni reklam formatları müştərilərə Uber tətbiqi daxilində promosyonların göstərilməsini əhatə edir. Brendlər həmçinin Uber-in qlobal miqyasda 122 milyon aktiv istifadəçisinə e-poçt göndərə və ya Uber Eats tətbiqinin əsas səhifəsində reklam yerləşdirə biləcəklər.
 
Şirkət Los-Anceles və San-Fransiskoda avtomobil oturacaqlarının arxasına bərkidilmiş planşetlərin səyahət məlumatlarını və reklamlarını göstərmək üçün istifadə edildiyi sxemi sınaqdan keçirir. Eyni zamanda Uber bildirib ki, sürücülər istənilən səsli reklam üzərində tam nəzarətə sahib olacaqlar.
 
Uber-in 2019-cu ildən bəri bir neçə şəhərdə təklif etdiyi avtomobil üstü reklam proqramı, sürücülərə reklamlarla çəkilən vaxta görə icarə haqqı ödəyir. Lakin hələlik Uber, sürücülərin avtomobillərində reklama icazə verdiyinə görə kompensasiyanın necə alınacağına dair əlavə təfərrüatlar verməyib. Əlavə məlumat üçün bildirək ki, elə bu ayın əvvəlində Uber-in rəhbərlərindən biri Andrew Macdonald, reklamdan sürücülərin qazancını azaltmadan səyahətlərin dəyərini subsidiyalaşdırmaq üçün istifadə edilə biləcəyini təklif etmişdi.
 
Sonda qeyd edək ki, Uber həmçinin reklam platformasının onlarla ölkədə canlı olacağını və gələn il beynəlxalq əlaqələrini daha da genişləndirəcəyini söyləyir.