Twitter, Vladimir Putin də daxil olmaqla, Rusiya hökumətinə bağlı 300 hesaba yeni məhdudiyyətlər qoyub. Twitter-in bu addımı ilə Rusiya hökumətinə bağlı hesablar artıq Twitter tərəfindən tövsiyə edilməyəcək və bu hesablardan bildirişlər göndərilməyəcək. 300 hesab arasında Rusiya hökumətində çalışan şəxslərin hesabları, nazirlik və səfirlik hesabları, eləcə də yüksək səviyyəli Rusiya məmurlarının hesabları var. Sözügedən hesablar daha əvvəl Ukraniyanın işğalı ilə bağlı dezinformasiya yaymaqda günahlandırılsa da, Twitter bu hesablara heç bir məhdudiyyət qoymayıb. "Müharibə zamanı internetə çıxışı məhdudlaşdıran istənilən ölkəyə qarşı məhdudiyyətlər gündəmdə olacaq", - "Twitter"in açıqlamasında deyilir. Putinin 3,6 milyon və 1,7 milyon izləyicisi olan 2 ayrı Twitter hesabı var.