Twitter son illərdə böyük texniki problemlər yaşadı. İstifadəçilər tvit, retweet, birbaşa mesaj yaza və ya insanları izləyə bilmədiklərindən şikayətlənirdilər.
Kəsinti, Elon Musk platformanı ələ keçirdikdən, xərclərin azaldılması və daha sərt iş protokollarının yeni bir dövrünü açdıqdan sonra Twitter-in üzləşdiyi ən son problemlərdən idi.
Şirkətin bir çox işçisi Muskın gətirdiyi dəyişikliklərdən, xüsusən də Twitter-in San-Fransiskodakı baş ofisində işləyənlərdən tam razı deyil.
Bəzi əməkdaşlar deyirlər ki, Twitter-də işləmək artıq o qədər də cəlbedici deyil. Hətta əlavə etdilər ki, "Əvvəl səhər və nahar yeməyi pulsuz idi. İndi isə işçilər yemək pulunu ödəməlidirlər".
Bundan əlavə, San-Fransiskodakı baş qərargahda Musk tərəfindən təşkil edilmiş müvəqqəti yataq otaqları hələ də oradadır və işçilər onları əvvəlcədən rezerv etməlidirlər. Şirkətin San-Fransiskodakı baş ofisinin ev sahibi isə, iki aylıq kirayə haqqını ödəmədiyi üçün yanvar ayında Twitter-i məhkəməyə vermişdi.
İşçilərdən biri qeyd edir ki, "insanlar artıq iş haqqında danışmırlar,təzə iş yeri axtarırlar". İnsanlar dəhlizdə bir-birinin yanından keçəndə “harada müsahibə verirsən?” və ya "haradan təklifləriniz var?" kimi suallar verirlər. Amma bəzi işçilər deyirlər ki, Elon Musk-ın Twitter 2.0 adlandırdıqları Twitter-də yeni CEO-nun rəhbərliyi altında bəzi irəliləyişlər var.

Şirkətin San-Fransiskodakı baş ofisinin ev sahibi iki aylıq kirayə haqqını ödəmədiyi üçün yanvar ayında Twitter-i məhkəməyə vermişdi