Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ölkənin güclü inflyasiya ilə mübarizə apardığı bir vaxtda borclanma xərclərini azaltmaq planını irəli sürərək Türkiyədə ardıcıl 3-cü ay faiz dərəcəsini aşağı saldı.
 
Keçdiyimiz günlərdə ölkənin Mərkəzi bankı, Türkiyənin rəsmi inflyasiya səviyyəsinin sentyabr ayında 83%-i ötməsinə baxmayaraq, bir həftəlik faiz dərəcəsini 12%-dən 10,5%-ə endirdiyini bildirib.
 
Türkiyənin cümə axşamı günü verdiyi qərar, inflyasiya ilə mübarizə apararkən və artan dollara qarşı geri çəkilərkən bu il borclanma xərclərini kəskin şəkildə artıran digər Mərkəzi banklarla ziddiyyət təşkil edir. Faizlərin azaldılması Türkiyənin qiymət sabitliyi bahasına olsa belə yüksək iqtisadi artım tempinə nail olmaq yanaşmasını göstərir.
 
İnflyasiyaya uyğunlaşdırılmış və investorlar tərəfindən diqqətlə izlənilən ölkənin real faiz dərəcəsi indi mənfi 72%-lə dünyada ən aşağı göstəricilər arasındadır.
 
Yüksək faiz dərəcələrinin əksinə olan Ərdoğan dəfələrlə borclanma xərclərinin önümüzdəki aylarda yüzdə 10-dan aşağı düşməsini istədiyini bildirib.
 
Mərkəzi bank dərəcələri daha bir dəfə azaldacağını bildirdi. Türk valyutası açıq cari hesab kəsiri, böyük xarici borc yükü və yüksək dollarlaşmış iqtisadiyyatı, həmçinin investorları lirə ilə aktivlər almaqdan çəkindirən mənfi faiz dərəcələri səbəbindən təzyiq altındadır. Elə bu səbəbdən Türk səlahiyyətliləri lirəyə dəyən zərəri azaltmaq üçün bir sıra qərarlar veriblər. Buna ixracatçıları gəlirlərinin 40%-ni lirəyə çevirməyə məcbur etmək və korporativlərə xarici valyuta alışlarını məhdudlaşdırmaq üçün təzyiq göstərmək daxildir. Yenə də bu il Türk valyutası dollara nisbətdə təxminən 30% ucuzlaşıb. Cümə axşamı qərarından sonra isə lirə cüzi artaraq, dollara qarşı 18,59 olub.