
Türk Hava Yolları, Turkish Cargo-nun mövqeyini möhkəmləndirmək və potensial strateji xaric tərəfdaşlıqları üçün 100% Türk Hava Yollarının törəmə şirkəti olan hava yük şirkəti yaratmağa qərar verib.
Şirkətin İctimaiyyəti Məlumatlandırma Platformasına verdiyi açıqlamada Türk Hava Yollarının törəmə şirkəti olacaq bir hava yük şirkətinin yaradılmasına qərar verildiyi açıqlanıb.
Şirkətdən verilən açıqlamada sözügedən şirkətin yaradılmasının səbəbi belə izah edilib: İdarə Heyətimiz yük əməliyyatlarına diqqəti artırarkən, yeni məhsul inkişaf etdirmə və məhsul istehsalı kimi fokuslanmış strategiyaların hazırlanmasında sürətli addımların atılmasını təmin etdi. Şaquli inteqrasiya ilə Turkish Cargo-nun bənzərsiz rəqabət üstünlüyündən maksimum istifadə edərək sektorun ən əhəmiyyətli oyunçuları oldu.Artıq 100% Türk Hava Yollarının törəmə şirkəti olan bir hava kargo şirkətinin yaradılmasına qərar verildi. Türk Hava Yolları gələcəkdə potensial strateji xarici tərəfdaşlıqlar üçün ayrıca platforma yaratmaq niyyətindədir.
Turkish Cargo 127 ölkədə fəaliyyət göstərir
Türk Hava Yollarının yük şirkəti olan Turkish Cargo, dünyanın 127 ölkəsində hava yük daşımaları fəaliyyətini həyata keçirir.
Türk Hava Yollarına məxsus 365 təyyarədən (sərnişin və yük təyyarələri) ibarət donanma ilə fəaliyyət göstərən Turkish Cargo, 95-i birbaşa yük məntəqələri olmaqla, dünyanın 320-dən çox istiqamətinə hava yükdaşıma xidməti göstərir.