TotalEnergies (NYSE: TTE) 2022-ci ildə xalis mənfəətini iki dəfə artıraraq rekord - 36,2 milyard dollara çatdırdı və şirkət ən yaxşı illik nəticələrdən sonra səhmlərin geri alınmasının artdığını elan etdi.
 
Fransız supermajor daha yüksək neft və qaz hasilatı, daha yüksək qiymətlər, LNG(liquefied natural gas)  satışlarında sıçrayış və onun "tarixi" performansı sayəsində 2022-ci il üçün düzəldilmiş xalis gəlirin 36,2 milyard dollar olduğunu bildirdi.
 
2022-ci ilin dördüncü rübü üçün, TotalEnergies-in pul vəsaitlərinin hərəkəti 2021-ci ilin dördüncü rübünə görə 11% artaraq 9,1 milyard dollar, düzəliş edilmiş xalis gəliri isə 7,6 milyard dollar təşkil etmişdir.
 
Baş direktor Patrick Pouyanné açıqlamasında dedi: “Tələbin proqnozu ilə bağlı qeyri-müəyyənliklər olsa da, dördüncü rübdə neft və qaz qiymətləri, eləcə də emal marjaları təklifin məhdudlaşdırıldığı bazarlarda güclü olaraq qaldı. Bu əlverişli mühitdən, eləcə də karbohidrogen hasilatının (+5%)LNG satışlarının (+22%) artmasından faydalanaraq, Avropadakı unikal mövqeyi sayəsində TotalEnergies, 9,1 milyard dollar pul vəsaitlərinin hərəkəti və 7,6 milyard dollarlıq xalis gəlir əldə etdi". 
 
TotalEnergies-in direktorlar şurası 2022-ci il üçün adi dividenddə 6,5% artım, üstəgəl 2022-ci ilin dekabrında artıq ödənilmiş səhm üçün 1,07 ABŞ dolları (1 avro) məbləğində xüsusi dividend təklif edir. Bu isə 2023-cü ilin birinci rübündə aralıq dividendlərin 7%-dən çox artımını və 2 milyard dollarlıq səhmlərin geri alınmasını birləşdirəcək.
 
İrəliyə baxaraq, şirkət dedi: “2022-ci ildə Avropa qaz qiymətlərində müşahidə olunan gərginliyin 2023-cü ildə də davam edəcəyi gözlənilir. Çünki qlobal LNG istehsalındakı məhdud artım həm 2022-ci ildə alınan Rusiya qazını, həm də daha yüksək Avropa LNG tələbatını ödəməlidir".
 
TotalEnergies, Chevron, Exxon, BP, ShellEquinor-dan sonra 2022-ci il üçün rekord gəlirlər haqqında hesabat verən ən son Big Oil şirkətidir.