TikTok'dan istifadə edən və yetkinlik yaşına çatmayanlar üçün tezliklə bəzi məhdudiyyətlər olacaq. 18 yaşdan kiçik tətbiqdən istifadə edən hər kəs üçün vaxt məhdudiyyəti tətbiq olunacaq.

Çərşənbə günü yayımlanan məlumatlara görə, TikTok sosial şəbəkəsi önümüzdəki həftələrdə yeniyetmələrin vaxtlarını idarə etməyə kömək olacaq müəyyən dəyişikliklər edəcəyini açıqladı. Parametrləri dəyişdirilə bilsə də, yeniyetmələr 60 dəqiqəlik müddətdən artıq tətbiqdən istifadə edərlərsə, proqram avtomatik olaraq parol daxil etməyi tələb edəcək. Valideynlər giriş kodunu daxil etdikdən sonra yeniyetmələr əlavə 30 dəqiqə də proqramdan istifadə edə bilərlər.

Çin texnologiyası şirkətinin markasına məxsus olan tətbiq gənc insanlar arasında xüsusilə populyar olduğunu sübut edib. Sentyabr ayında, Google-un vitse-prezidenti Prabhakar Raghavan bildirib ki, gənclərin təxminən 40% -i restoran təkliflərini axtararkən Google əvəzinə Tiktok sosial şəbəkəsindən istifadə edir.

Yeniyetmələr bəzən valideyn və ya qəyyum hesablarından TikTok'a daxil olurlar. Bu halların qarşısını almaq üçün proqram “Familiy Pairing” xüsusiyyətində yenilənmələrin olacağını açıqladı. Bu yenilik sayəsində yetkinlik yaşına çatmayanlar üçün bildirişləri södürə biləcək yeni qrafik təyin olunacaq.

Araşdırmalar göstərir ki, Tiktok sosial şəbəkəsi xüsusilə 1996-cı ildən sonra doğulanlar arasında daha populyardır. Qeyd edək ki, ABŞ-da ştat daxilində məmurlara elektron cihazlar vasitəsilə TikTok’a daxil olmaq qadağası qoyulub.