Instagram yeni dövrə qədəm qoyur. 100 milyard dollarlıq sənayeyə çevrilmiş təsirli iqtisadiyyatı işə salmasına baxmayaraq, sosial media platforması yeni rəqibi TikTok ilə ayaqlaşmaqda çətinlik çəkir.
 
2012-ci ildə istifadəyə verildiyi vaxtdan Instagram-ın ilk şəkil dizaynı rəqəmsal yaradıcıları, brend səfirlərini və marketoloqları cəlb etməyə kömək etdi. Sponsorluqməhsul inteqrasiyası əvvəlcə təsadüfi olsa da, tez bir zamanda platformanın ayrılmaz bir hissəsinə çevrildi. Bu, brendlərin sadə insanlarla tərəfdaşlıq etməsinə imkan yaratdı. Artıq daha iddialı həyat tərzinə üstünlük verən potensial müştərilərə uyğun məhsulları asanlıqla satmaq mümkün idi. 2021-ci ildə Shopify tərəfindən marketoloqlar arasında sorğu aparıldı. Onların 97%-i Instagram-ı marketinqə müsbət təsir edən ən vacib kanal hesab edir.
 
Instagram brendlərin böyük auditoriya yaratmasını asanlaşdırmaq üçün alqoritmlər düzəldib. Bu, ən yaxşı istifadəçiləri nəzərə alaraq hazırlanıb. Bu, Instagram-ın təxminən 43 milyard dollarlıq reklam gəliri maşınına çevrilməsinə kömək etdi. Lakin pul qazanmaq statusu təhlükə altındadır.
 
TikTok 2016-cı ildə rəqib bazara daxil oldu. Tətbiqin asılılıq yaradan alqoritmi və sürətli videoları insanların diqqətini çəkdi. Bu istifadəçilərin daha uzun müddət TikTok-dan istifadə etməsinə səbəb oldu. Pew Araşdırma Mərkəzi bu mövzuda sorğu təşkil etdi. Nəticələrə görə, TikTok-da "demək olar ki, daim" olduqlarını söyləyən yeniyetmələrin nisbəti, Instagram haqqında eyni şeyi söyləyənlərdən 50% daha çoxdur. TikTok ilə rəqabət etmək üçün Instagram, 2020-ci ildə özünün qısa formalı video funksiyası olan Reels-i istifadəyə verdi. Lakin bu, kifayət etmədi. The Wall Street Journal-ın əldə etdiyi məlumatlara görə, Instagram istifadəçiləri gündə 17,6 milyon saat Reels-ə sərf edirlər. TikTok istifadəçilərində isə bu rəqəm 197,8 milyon saata bərabərdir. İndi Facebook kimi, Instagram-ın da getdikcə aktuallığı azalır və bununla bağlı nəsə etməkdə çətinlik çəkir.
 
Instagram-ın problemi onun ilk uğurunu şərtləndirən şeydədir. Onun alqoritmi platformanı populyar edən istifadəçilər üçün optimallaşdırılıb. Lakin güc istifadəçilərinə diqqət yetirməklə, platforma adi insanlarla əlaqəsini itirir. TikTok-un xüsusiyyəti istifadəçiləri platformada saxlamaq qabiliyyətidir və əsasını itirmədən Instagram rəqabət apara bilməyəcək.