
Miqrant olduğu güman edilən ən azı 46 nəfər Texas ştatının San Antonio şəhərinin kənarında tərk edilmiş yük maşınında ölü tapılıb.Yanğınsöndürmə rəsmisi dörd uşaq olmaqla 16 nəfərin də xəstəxanaya aparıldığını bildirib.Sağ qalanları isə vəziyyətinin çox ağır olduğu deyilir.ABŞ-Meksika sərhədindən 250 km (150 mil) məsafədə yerləşən San Antonio insan qaçaqmalçıları üçün əsas tranzit marşrutudur.İnsan alverçiləri tez-tez ABŞ-a keçə bildikdən və ucqar ərazilərdə onlarla görüşdükdən sonra sənədsiz miqrantları daşımaq üçün yük maşınlarından istifadə edirlər. Hadisə haqqında Ron Nirenberg "Onların ailələri var idi... və çox güman ki, daha yaxşı həyat tapmağa çalışırdılar.Bu, dəhşətli, insanlıq faciəsindən başqa bir şey deyil”.San Antonio yanğınsöndürmə xidmətinin rəhbəri Çarlz Hud jurnalistlərə bildirib ki, fövqəladə hallar ilkin olaraq yerli vaxtla saat 18:00-da (GMT 23:00) hadisə yerinə gəlib."Biz yük maşını açıb orada cəsəd yığınlarını görəcəyimizi bilmirdik. Heç birimiz işə bunu təsəvvür edərək gəlmirik" dedi”.O, əlavə edib ki, sürücüsü tərəfindən tərk edilmiş avtomobilin kondisioneri işlək vəziyyətdə deyil və içərisində içməli su yoxdur.Üç nəfər həbsdədir və istintaq federal agentlərə təhvil verilib.Miqrant olduğu ehtimal edilən qurbanlar çox güman ki, istidən və ya susuzluqdan ölüblər.Texasın Respublikaçı qubernatoru Greg Abbott, ölümlərdə ABŞ prezidenti Co Baydeni günahlandıraraq, onları "ölümcül açıq sərhəd siyasətinin nəticəsi" kimi xarakterizə etdi.Ümumiyyətlə son illərdə miqrantların səyahətləri zamanı həlak olması ilə bağlı çoxlu oxşar nümunələr olub,lakin bunun qədər ölümcül bir hadisə olmayıb.