
Son zamanlarda qiymət artışı ilə gündəmə gələn Tesla modelləri ilə bağlı müxtəlif fikirlər səsləndirilsə də, bütün bunlara Elon Musk tərəfindən cavab gecikmədi. "Elecktrek" saytının yaydığı məlumata görə, son olaraq may ayında Model 3 və Model Y avtomobillərinə tətbiq olunan qiymət dəyişikliyi müşahidə olunan 5-ci artım olaraq qeydə alınıb. Təbii ki, bu artım potensial müştərilərin və Tesla həvəkarlarının diqqətindən qaçmayıb.
Twitter üzərindən @Ryanth3nerd adlı istifadəçi tərəfindən atılmış “Tesla”nın qiymətlərlə bağlı gedişatını heç bəyənmirəm. Xüsusilə də, Model Y-dən bəzi xüsusiyyətləri (lumber) çıxararaq qiymət artışına getməkləri kimi…” twitə cavab verən Musk məsələyə aydınlıq gətirib.
Elon Musk cavabında yeni modellərdə yığışdırılan xüsusiyyətin yalnız ön sərnişin oturacağına aid olduğunu, bunun isə həmin xüsusiyyətin demək olar ki, heç kim tərəfindən istifadə olunmaması ilə bağlılığını bildirib.
Musk, öz twitində qiymət artışının əsas səbəbini də açıqlayıb. Belə ki, qiymətlərdəki dəyişikliyin səbəbini qlobal təchizat sistemində, xüsusilə də xammal sənayesindəki qiymət artışı ilə əlaqələndirib. Qeyd edək ki, Musk Aprel ayında da çip təchizatı ilə bağlı qıtlıq yaşadıqlarını bildirmişdi.