Mobil telekom operatoru seçilərkən istifadəçilər tərəfindən ən çox diqqət edilən amillərin başında internet üzrə sərfəli tariflərin olması gəlir (80,4%). İkinci ən çox üstünlük verilən amil şəbəkə əhatə dairəsinin geniş olması (55,8%), və üçüncü isə danışıq üzrə sərfəli tariflərin olmasıdır (54,6%) (bax Qrafik 15).

Baxmayaraq ki, Qrafik 14-də istifadəçilərin əksəriyyəti Bakcell abunəçiləridir, respondentlər tərəfindən ən çox istifadə olunan əsas tariflərdən birincisi “Gənc Ol” tarifidir. Ola bilər ki, bu iki sual arasında uyğunsuzluq respondentlərin 14,0%-nin “İstifadə etmirəm”, 13,4%-nin isə “Bilmirəm” cavabların verməsi ilə əlaqədardır. Xüsusilə də, Bilmirəm cavabı verənlərin arasında Bakcell abunəçilərin olması ehtimalı var.

İstifadəçilər mobil internetdən daha çox xəbərlər və insormasiya əldə etmək üçün istifadə edirlər (70,2%). Digər əsas məqsədlərə Əyləncə (45,4%), və e-mail göndərilməsi və iş yazışmaları (35,2%) daxildir (bax Qrafik 16).

Baxmayaraq ki, rəsmi-də istifadəçilərin əksəriyyəti Bakcell abunəçiləridir, respondentlər tərəfindən ən çox istifadə olunan əsas tariflərdən birincisi “Gənc Ol” tarifidir. Ola bilər ki, bu iki sual arasında uyğunsuzluq respondentlərin 14,0%-nin “İstifadə etmirəm”, 13,4%-nin isə “Bilmirəm” cavabların verməsi ilə əlaqədardır. Xüsusilə də, Bilmirəm cavabı verənlərin arasında Bakcell abunəçilərin olması ehtimalı var.

Qrafik 15-dən məlum olduğu kimi, istifadəçilər operatoru seçərkən sərfəli tariflərin olmasını üstün tutdurqlarını bildirmişdir. Odur ki, sərfəli internetin eyni zamanda sürətli olması da çox vacib amil hesab olunur. Çünki, 45,6% istifadəçi tarifləri seçərkən bu amilə daha çox diqqət edir. Onlar həm də internetə 6-10 manat civarında pul xərcləyirlər. İkinci çoxluq isə hətta 20 manatdan çox pul xərcləyir (bax Qrafik 17). 

İstifadəçilər seçdikləri tariflər və(ya) kampaniyalar haqda ən çox internetdən (operatorun rəsmi saytından) məlumat alırlar (70,0%). İkinci əsas məlumat mənbəyi isə sosial şəbəkələrdir (19,2%). TV və radio isə hətta məlumat mənbəyi kimi yeni mediadan geridə qalır.

Təhlillərdən aydın olur ki, istifadəçilər öz telekom operatorlarına loyaldırlar. Belə ki, 42,6%-i 7 ildən çoxdur ki, abunəçisi olduqları operatorun xidmətindən istifadə edirlər. Eyni zamanda, demək olar ki, hamısı (92,4%) operatoru dəyişmək niyyətində deyillər (bax Qrafik 18 və 19). Hazırki operatorunu dəyişmək istəyən 38 istifadəçinin isə üçdə birinin qərarına digər operatorların tariflər üzrə sərfəli qiymət təklifləri təsir edə bilər. Bundan əlavə, sərfləri internet pakenti təklifi də vacib rol oynayır (28,9%). Ətrafdakı insanların tövsiyyələri is çox az təsirə malikdir.

Yuxarıda qeyd olunmuşdu ki, istifadəçilər hazırda abunəçisi olduqları operatorların tariflər və(ya) kampaniyaları haqda ən çox internetdən (operatorun rəsmi saytından) məlumat alırlar. Odur ki, digər operatorlar da bu istifadəçilərə xitab etmək istəsə, o zaman onlar üçün rəsmi saytları (35,0%) və ikinci olaraq sosial şəbəkər (məsələn, Facebook postları və istifadəçi rəyləri) (31,8%) əsas vasitə kimi rol oynuya bilər.

92,4% istifadəçinin öz operatorlarının dəyişmək istəməmələrinin digər səbəblərindən biri də operatorla bağlı heç bir problemlə qarşılaşmamaqları ola bilər. Belə ki, 56,8% bunu bildirmişdir. Lakin, öz operatorları ilə qarşılaşdıqları problemlər arasında birinci yerdə internetin keyfiyyətinin bəzən aşağı düşməsi və tariflər üzrə qiymətlərin stabil olmamasını göstərirlər. Digər problemlər isə müştəri xidmətinin səviyyəsi və zəif şəbəkıdir. Əksəriyyətin hazırki operatorla heç bir problemi olmadığı üçün, üçdə birindən çoxu öz operatorundan “yüksək səviyyədə” razıdır, 31,6%-i isə “çox” razı olduğunu bildirir.