
ABŞ-da yerləşən elektrik avtomobil istehsalçısı Fisker, hazırladığı Fisker Ocean modeli ilə "ekoloji cəhətdən təmiz avtomobil" ideyasına yeni bir ölçü əlavə etdi.
2016-cı ildə danimarkalı sahibkar və dizayner Henrik Fisker tərəfindən qurulan şirkət Los-Anceles avtosalonun açılışına 2 gün qalmış Fisker Ocean modelini təqdim edib və bu böyük marağa səbəb olub.
Fisker Ocean-ın xüsusiyyətləri nədir?
5 nəfərlik sərnişin tutumuna malik Fisker Ocean-ın daxili dizaynında istifadə edilən bütün məhsullar bitki mənşəlidir və ya 100% təkrar emala yararlıdır. Məsələn, nəqliyyat vasitəsinin xalçaları balıq torları və köhnə köynəklərin təkrar emal edilməsi ilə istehsal olunur. Avtomobilin təkərləri də təkrar emal edilmiş rezin və poladdan hazırlanır.
Şirkətin Baş İcraçı Direktoru (CEO) Henrik Fisker deyir ki, tullantı materiallardan dəbdəbəli elektrik avtomobilləri hazırlamaq çox maraqlı təcrübədir.
Fisker Ocean, SUV adlanan avtomobil 80 kilovat-saat (kVt/saat) litium-ion fosfat akkumulyatoruna sahib olub, yolda yüksək sürmə təcrübəsi təmin edən avtomobildir. Bu akkumulyatorlar Tesla və Volkswagen şirkətlərinə də xidmət göstərən Çin şirkəti CATL tərəfindən istehsal olunur.
Fisker avtomobili Fisker Ocean Sport, Fisker Ocean Ultra və Fisker Ocean Extreme adlı 3 fərqli modellə kütləvi istehsala keçəcək.
Bu modellərin ilk avtomobilləri 2022-ci ilin noyabr ayında Avstriyanın Qraz şəhərində Fiskerin partnyor şirkəti olan Magna-Steyr fabriklərində istehsal olunacaq.
Fiskerin dizaynında avtomobilin üzərindəki günəş paneli və avtomobilin içərisindəki 17,1 düymlük daşına bilən sensor ekran diqqəti çəkir.
Daha yüksək siyahı qiymətinə malik olan Ocean Extreme-dəki günəş paneli şirkət daxilindəki başqa bir şirkət FiskerSolarSky tərəfindən layihələndirilib.
Şirkət günəşli havada bu panellər sayəsində avtomobilin ildə 3 min 200 kilometr daha çox yol qət edə biləcəyini açıqlayıb. Avtomobilin 17,1 düymlük ekranı Teslanın 15 düymlük ekranlarından daha böyükdür.
Avtomobilin ekranı sürücünün istəyinə uyğun olaraq üfüqi və ya şaquli olaraq istifadə edilə bilər. Fisker sistemində California Mode adlı bir seçim var. Onu bu sürmə rejiminə qoyduqda, kəpənək şüşələri də daxil olmaqla, avtomobilin bütün şüşələri bir qədər aşağı enir.
Avtomobil bir dəfə doldurmaqla 530 kilometr yol qət edə bilir. Fiskerin üzərində işlədiyi xüsusi akkumulyatorun 1 dəqiqəyə tam doldurulacağı və 500 km-dən çox məsafə qət edə biləcəyi bildirilir. Lakin bu batareyaların yaxın gələcəkdə kommersiya məqsədli istifadə olunacağı ehtimalı azdır.
ABŞ-da Fisker Ocean-ın qiyməti 37 min 499dollar ilə 69 min dollar arasında dəyişir. CEO Fisker istehsal etdikləri avtomobili "hər kəsin ala biləcəyi qiymətə malik avtomobil" olaraq xarakterizə edir və vergilər və dövlət dəstəyi ilə ABŞ-da avtomobilin qiymətinin Sport modelində 30.000 dollara düşdüyünü bildirir.
"Texniki xüsusiyyətləri ilə yanaşı, bu avtomobilin ən vacib xüsusiyyəti hər kəsin ala biləcəyi aşağı büdcəsidir. Bizim əsas məqsədimiz bu qiymət aralığına enməkdir."