İstifadəçilər virtual mühitə daxil olmaq üçün VR eynəklərdən istifadə etməlidirlər. Uyğun olaraq, bu eynəklər bir cüt xüsusi linza və işıq yayan diod (LED) displeydən ibarətdir. Linzalar ekrandakı təsviri elə dəyişir ki, o, üç ölçülü görünür. Bununla yanaşı eynəkdəki müxtəlif sensorlar təsvirləri əlaqələndirmək üçün istifadəçinin başının vəziyyətini izləyir.
 
MIT-də yerləşən bir qrup tədqiqatçı Fransa, Cənubi KoreyaAmerikanın digər yerlərindəki universitetlərdəki həmkarları ilə bir araya gəliblər. Məqsəd daha yüksək ayırdetmə qabiliyyətinə malik ekranlar istehsal etmək üçün LED piksellərin hazırlanması üsulunu tapmaqdır. Yeni üsul vasitəsi ilə hazırki texnika ilə müqayisədə daha canlı görünən VR şəkilləri yaratmaq olar. Komandanın üzvlərindən biri Jiho Şin deyir: “Siz daha canlı təcrübəyə sahib olacaqsınız və virtual görüntünü reallıqdan ayıra bilməyəcəksiniz”.
 
Daha keyfiyyətli görüntülü displeylər yaratmaq üçün LED piksellərin ölçüsü daha da kiçilməlidir. Lakin bu, onların etibarlı şəkildə istehsalını getdikcə çətinləşdirir. Bu sənayedə çalışan insanların bəziləri praktiki limitə tezliklə çatılacağını düşünürlər. Hazırda LED piksellər silikon çiplər kimi hazırlanır. Tam rəng diapazonu üçün qırmızı, yaşıl və mavi rənglər lazımdır. Çiplər hazılandıqdan sonra kəsilir və piksellər yaratmaq üçün mikroskopik dəqiqliklə yan-yana yerləşdirilir. Yanlış uyğunlaşma bu piksellərin yararsız olması ilə nəticələnə bilər. Və LED nə qədər kiçik olsa, yanlış nizamlanma şansı bir o qədər çox olar.
 
Bugünkü LED-lər olduqca kiçikdir. Lakin VR eynək istehsalçıları bundan da kiçiklərinə üstünlük verirlər. Jiho Şin və onun həmkarları düşünürlər ki, hər şeyi fərqli şəkildə davam etdirərək daha kiçik LED-lər yarada bilərlər. Diodları digər materiallardan istifadə etməklə hazırlamaq olar. Sonra isə şaquli üsulla piksellərin naxışlarını kəsmək olar. Adi yan-yana LED-lərdə olduğu kimi, şaquli formada olanlar da tam nəticəni verir. Bu nəticə VR eynəkləri üçün mükəmməl olmalıdır. Bu cür ekranlar VR eynəklər üçün yalnız başlanğıc ola bilər. Müasir televizorlar əyri və qatlana bilən formalarda olduğundan, yeni LED-lər onlar üçün də istifadə oluna bilərlər.