Texnologiyanın tətbiqi təchizat zəncirindəki problemləri aradan qaldırılmasında mühüm rol oynayır. Lakin unutmayaq ki, diqqət edilməli risklər var:
 
Kiber təhdidlər
Təchizat zəncirində daha çox rəqəmsallaşma o demək deyil ki, risk yoxdur. Məlumat itkisi, məlumat təhlükəsizliyi və kiber hücumlar bu təhlükələrə nümunədir. Təchizat zənciri proqram təminatı satan Sonatype tərəfindən proqram sənayesi üçün təchizat zəncirinin 2021-ci il vəziyyətinə dair hesabatda sektordakı kiberhücumların sayının 2015-ci ildəki 216-dan 2019-cu ildə 650% artaraq 12.000-ə yüksəldiyi bildirilir.
 
Gözləntilərin çatışmazlığı
Təşkilatın ehtiyacını düzgün texnologiyaya uyğunlaşdıra bilməmək qaçılmaz olaraq məyusluğa səbəb olacaq. IoT, AI və blockchain tərəfindən təmin edilən faydalar hələ də əksər şirkətlər tərədindən bilinmir, çünki onların faydası düzgün başa düşülmür. London Bayes Business School-dan Sodhi deyir ki, müvəffəqiyyət şansını artırmaq üçün istifadəçilər bütün problemlərin hər texnologiya ilə həll edilə bilməyəcəyini dərk etməlidirlər. “Bu texnologiyaların hər biri bir iş üçün faydalıdır, hər iş üçün faydalı deyil”.  İnsanlar blockchain, AI və ya IoT əldə etdikdə düşünürlər ki, tədarük zəncirindəki bütün ehtiyacları qarşılanacaq. Lakin bu heç də belə deyil.
 
Problem istifadəçilər arasında məhdud məlumat mübadiləsi ilə daha da dərinləşir. Texnologiya tətbiqlərinin təkmilləşdirilməsi və inkişaf etdirilməsi üçün daha çox şirkət nəyin işlədiyi və nəyin işə yaramadığı haqqında təcrübələrini bölüşməlidir.
 
İstedad uyğunsuzluğu
Dəyişiklikdən qorxan şirkətlər zəif icra riski ilə üzləşirlər. Təlim çatışmazlığı tərəqqiyə mane olacaq. Mütəxəssislər yeni proqram təminatının işə salınmasında düzgün kadrların cəlb edilməsinin vacibliyini vurğulayırlar.
 
Nəticə olaraq, texnologiya təchizat zəncirlərinin üzləşdiyi çətinliklərin öhdəsindən gəlməyə kömək edə bilər. Təchizat zəncirində problemlər varsa, onları mümkün qədər tez müəyyənləşdirmək və həll etmək lazımdır. Ən yaxşı texnologiya ilə belə, kommunikasiya və şəffaflığın əvəzi yoxdur. Erkən müdaxilə şirkətlərin müştəriləri ilə münasibətlərini yoluna qoya və məmnunluğu artıra bilər.