Təchizat zəncirinə olan tələb ən yüksək səviyyədə olduğundan, bu sahədə gələcək mütəxəssislərin tapılması və inkişaf etdirilməsinə zəmin yaranmışdır. Bu sahədə ən məşhur univerditetlərin siyahısı aşağıda sadalanmışdır:
- Təchizat Zəncirinin İdarəetməsi üzrə magistratura, Universidad del Pacífico Business School
1962-ci ildə təsis edilən Universidad del Pacifico, zaman keçdikcə Perunun təhsil, iqtisadi və sosial inkişafında əhəmiyyətli rol oynamış və bir sıra mütəxəssislər yetişdirmişdir. Təchizat Zəncirinin İdarəetməsi üzrə magistr dərəcəsi iki ixtisaslaşma üzrə - Layihə İdarəetməsi və Əməliyyat İdarəetməsi ilə üzrə yeni nəsil mütəxəssislər yetişdirir. Orta hesabla bu ixtisas üzrə magistr dərəcəsini bitirən tələbələrin 51% -i hazırda rəhbər vəzifələrdə çalışır.
https://www.up.edu.pe/en/
https://www.facebook.com/upacifico
https://twitter.com/UdelPacifico
https://www.youtube.com/user/UPacificoUP
- Qlobal Təchizat Zəncirinin İdarəetməsi üzrə magistratura, Antwerp İdarəetmə Məktəbi
1959-cu ildə əsası qoyulmuş Antwerp İdarəetmə Məktəbinin təklif etdiyi Qlobal Təchizat Zəncirinin İdarəetməsi üzrə magistrature səviyyəsində təchizat zəncirinin idarə edilməsinin əsasları, qlobal tədarük zəncirlərinin modelləşdirilməsi, SAP ERP ilə inteqrasiya olunmuş iş prosesləri və strateji satınalma da daxil olmaqla bir sıra əsas kurslar təlim edilir.
https://www.antwerpmanagementschool.be/en/
https://www.facebook.com/AntwerpManagementSchool
https://twitter.com/AntwMgtSchool
https://www.linkedin.com/company/antwerp-management-school
https://www.youtube.com/user/AMSofficial
- MEMIT İqtisadiyyat və Nəqliyyat, Logistika və İnfrastruktur İdarəetməsi üzrə magistratura, Universita Bocconi
Əsası 1902-ci ildə qoyulan və Ferdinando Bocconinin itkin oğlunun adını daşıyan Universista Commerciale Luigi Bocconi, iqtisadiyyat sahəsi üzrə elmi dərəcə verən ilk İtalyan ali təhsil ocağıdır. Nəqliyyat, Logistika və İnfrastruktur İqtisadiyyatı və İdarəetməsi üzrə magistr səviyyəsi logistika və təchizat zəncirini, nəqliyyat siyasətini, sərnişin və yük nəqliyyatının planlaşdırılmasını və idarə edilməsini, davamlı mobillik və ticarət qanunlarını əhatə edən fənlərarası sahələri əhatə edir.
https://www.unibocconi.eu
https://www.facebook.com/unibocconi
https://www.linkedin.com/school/universita-bocconi/
https://www.youtube.com/user/UniBocconi
- Təchizat Zənciri və Satınalma İdarəetməsi (MSCPM) üzrə magistratura, MIP Politecnico di Milano Biznes Məktəbi
2003-cü ildə təsis edilən MIP Politecnico Milano İdarəetmə məktəbi, 1990-cı ildə əsası qoyulan MIP (1979-cu ildə qurulmuş Biznes Məktəbi) və DIG (İdarəetmə Mühəndisliyi Fakültəsi - Dipartimento di Ingegneria Gestionale) təhsil ocaqlarının birləşməsi nəticəsində yaradılmışdır.
https://www.som.polimi.it/en/course/master/mscpm-international-master-in-supply-chain-and-procurement-management/
https://twitter.com/MIP_PoliMi
https://www.facebook.com/pg/mip.politecnico.milano
https://www.youtube.com/user/MIPPolimi
- Logistika və Müdafiə İqtisadiyyatının İdarəetməsi üzrə magistratura, Madrid Universidad
Magistr və doktorantura daxil olmaqla 82 dərəcə və 293-dən çox aspirantura kursu təklif edən Madrid Complutense Universiteti haqlı olaraq Madriddə və umumiyyətlə İspaniyada aparıcı təhsil müəssisəsinə çevrilmişdir. Burada daha çox Müdafiə Logistikası və İqtisadi İdarəetmə üzrə magistr səviyyəsi daha çox məşhurdur. İki əsas sahəni əhatə edən kurs, birbaşa və dolayısı ilə Dövlət və Müdafiə sektorları ilə əlaqəli olub həm bilik, həm də praktik təcrübəni təmin edir. İkinci hissə, xüsusən Silahlı Qüvvələrin ehtiyaclarına xidmət edir və yüksək səviyyəli menecer və satınalma mütəxəssisləri sahəsindəki boşluğu aradan qaldırır.
https://www.ucm.es/masterlogisticadefensa/introduccion
https://www.facebook.com/UniComplutense
http://twitter.com/unicomplutense
http://www.youtube.com/ucomplutensemadrid
- Qlobal Təchizat Zəncirinin İdarəetməsi üzrə magistratura, KEDGE Biznes Məktəbi
Qlobal tədarük zənciri üzrə dünyanın aparıcı Fransız proqramı olan Kedge Business School-un Qlobal Təchizat Zəncirinin İdarəetməsi proqramı üzrə magistr proqramı The Chartered Institute of Purchasing & Supply (CIPS) tərəfindən akkreditə edilmişdir. Kursda iştirak edən tələbələrin 95% -i məzun olanadək artıq işə qəbul olunur, ümumi məzunların 80%-i böyük qlobal bizneslərə qoşulur.
https://student.kedge.edu/programmes/isli-global-supply-chain-management
http://www.facebook.com/kedgebs
https://fr.linkedin.com/edu/kedge-business-school-12407
http://www.twitter.com/kedgebs
https://www.youtube.com/user/KedgeBS
- Əməliyyatlar üzrə Beynəlxalq Korporativ Magistr səviyyəsi, CENTRUM Biznes Məktəbi - Pontificia Universidad Catolica del Peru
1917-ci ildə əsası qoyulmuş Peru Pontifik Katolik Universiteti dünyanın ən yaxşı 20 Latın Amerikası universiteti və dünyanın ən yaxşı 500 universiteti arasında yer almışdır. Burada tələbələrə qərar qəbulunun optimallaşdırılması və proses idarəçiliyinin mənimsənilməsi və davamlı inkişaf naminə alətlərin tətbiqinin mənimsənilməsi, əməliyyat proseslərinin effektiv idarə olunması və digər vacib qabiliyyətlərin inkişaf etdirilməsi təklif olunur.
http://centrum.pucp.edu.pe/programas/mci-operaciones/?sede=7438&cod=1412#inicio
https://www.facebook.com/centrumbusinessschool/?fref=ts
https://twitter.com/centrumcatolica
https://www.linkedin.com/company/centrum-cat-lica https://www.youtube.com/user/CENTRUMCatolica
- İdarəetmə - Əməliyyatların İdarəetməsi üzrə magistratura, Nova Biznes və İqtisadiyyat Məktəbi - Universidade Nova de Lisboa
Yeni Lissabon Universitetinin (NOVA) iqtisadi, maliyyə və idarəetmə elmləri fakültəsi olaraq, Nova Biznes və İqtisadiyyat Məktəbi (SBE) “canlı laboratoriya” kimi təsvir edilir. Universitetin tərəfdaşları arasında HSBC Europe, Accenture, PwC, Unilever və digərləri yer almışdır.
https://www2.novasbe.unl.pt/en/
https://www.facebook.com/novasbe.pt
https://twitter.com/NovaSBE
https://www.linkedin.com/school/2679078
https://www.youtube.com/user/NovaSBEofficial
- Təchizat Zənciri və Logistika üzrə magistratura, Purdue Universiteti, Krannert İdarəetmə Fakültəsi
Krannert Universitetinin əməliyyatlar, təchizat zənciri rəhbərliyi və iş analitikası sahəsində malik olduğu əsas üstünlüklərinə əsaslanan Qlobal Təchizat Zəncirinin İdarəetməsi üzrə magistr səviyyəsi qlobal tədarük zəncirlərinin ən böyük problemlərinə cavab verməyə çalışır. Rəsmi olaraq STEM sertifikatlı kurs, Tianjin Universiteti, Hindistan İdarəetmə İnstitutu Udaipur və Şanxay Jiao Tong Universiteti ilə əməkdaşlıq edərək dünyanın hər yerindən tələbələri qəbul edir. Magistraturanı bitirənlər, Accenture, Apple, KraftHeinz və Mercedes Benz şirkətləri tərəfindən işə qəbul edilmişdir.
https://krannert.purdue.edu/home.php
http://www.facebook.com/PurdueKrannert
http://twitter.com/PurdueKrannert
http://www.linkedin.com/school/2644992/
https://www.youtube.com/PurdueKrannert
- Təchizat Zəncirinin İdarəetməsi üzrə magistratura (ABŞ, Lüksemburq, İspaniya və Malayziya), Massachusetts Texnologiya İnstitutu (MIT) - MIT Nəqliyyat və Logistika Mərkəzi - MIT Qlobal Şəbəkəsi
Təchizat zəncirinin idarəetməsi üzrə təhsil və araşdırma sahəsində həqiqi dünya lideri olan MIT Nəqliyyat və Logistika Mərkəzi, MIT Qlobal Şəbəkəsi vasitəsilə dörd qitədə mövcud olan altı innovasiya mərkəzini birləşdirən çoxmillətli qabaqcıl tədqiqat və təhsil mərkəzləri ittifaqıdır. Bu şəbəkənin məqsədi tədarük zənciri və logistika sahəsində qlobal innovasiyanın inkişaf etdirilməsi və yayılmasıdır. Adidas, AB InBev, Apple, Amazon və Carrefour daxil olmaqla dünyanın ən böyük şirkətləri şəbəkəyə daxildir.
https://scale.mit.edu/centers/mit-center-transportation-logistics
http://www.twitter.com/mitsupplychain
https://www.linkedin.com/company/mit-center-for-transportation-and-logistics