Təchizat zənciri nədir ?
5 July, 2020
Təchizat zənciri, müəyyən bir məhsulu istehsal etmək və son alıcıya ötürmək üçün şirkət və təchizatçıları arasındakı yaranmış şəbəkədir. Bu şəbəkəyə müxtəlif fəaliyyətlər, insanlar, qurumlar, məlumat və mənbələr daxildir.
Təchizat zənciri məhsulu və ya xidməti ilkin vəziyyətindən müştəriyə çatdırmaq üçün atılan addımları əhatə etdirir. Şirkətlər, xərclərini azaltmaq və rəqabətə dözümlü olmaq üçün öz təchizat zəncirlərini inkişaf etdirir.
Təchizat zəncirinin idarə edilməsi çox vacib bir prosesdir, çünki optimallaşdırılmış bir təchizat zənciri daha az xərclərə daha sürətli və effektiv istehsal dövrünə səbəb olur. Təchizat zənciri müştəri üçün bir məhsul və ya bir xidmət almaq üçün bir sıra addımları əhatə edir. Təchizat zəncirinə daxil olan müəssisələrə istehsalçılar, satıcılar, anbarlar, nəqliyyat şirkətləri, distributor mərkəzləri və pərakəndə satış şirkətləri daxildir.
- Təchizat zənciri, müəyyən bir məhsul və ya xidmət istehsal etmək və yaymaq üçün şirkət və təchizatçıları arasındakı şəbəkədir.
- Təchizat zəncirindəki müəssisələrə istehsalçılar, satıcılar, anbarlar, nəqliyyat şirkətləri, distributor mərkəzləri və pərakəndə satış şirkətləri daxildir.
- Təchizat zəncirinin idarə olunması daha az xərclərə və daha sürətli istehsal dövrünə səbəb olur.
- Təchizat zəncirinin elementləri müştərinin istəyini yerinə yetirmək üçün sifariş almaqdanbaşlayaraq bütün funksiyaları özündə cəmləşdirir. Bu funksiyalara məhsulun inkişafı, marketinq, əməliyyatlar, paylanma şəbəkələri, maliyyə və müştəri xidmətləri daxildir.
- Təchizat zəncirinin idarə edilməsi iş prosesinin çox vacib hissəsidir. Bu zəncirdə bacarıq və təcrübə tələb edən bir çox fərqli əlaqələr mövcuddur. Təchizat zəncirinin idarə edilməsi effektiv olduqda, şirkətin ümumi xərclərini azalda bilər və gəlirliliyi artıra bilər. Bir əlaqə pozulsa, bu zəncirin qalan hissəsinə neqativ təsir göstərə və xərcləri çoxalda bilər.