Neandertallar, 40.000 il əvvəl nəsli kəsilənə qədər yüz minlərlə il Avropada yaşayan ayrı bir insan növü idi. Yeni fosillər müasir insanların Afrikadan gələndən qısa müddət sonra Neandertalları məhv etdiyinə dair fikirləri çətinləşdirir. Fransanın cənubundakı bir mağarada uşaq dişi və daş alətlərinin tapılması Homo sapiensin təxminən 54.000 il əvvəl Qərbi Avropada olduğunu deməyə əsas verir. Bu, əvvəllər düşünüldüyündən bir neçə min il əvvəldir və bu, iki növün uzun müddət birlikdə mövcud ola biləcəyini göstərir. Araşdırma "Science Advances" jurnalında dərc olunub. Tapıntılar Tuluza Universitetinin professoru Lüdovik Slimakın rəhbərlik etdiyi qrup tərəfindən Rhone vadisindəki Grotte Mandrin kimi tanınan mağarada aşkar edilib. Erkən müasir insanların məskunlaşmasına dair dəlillər olduğunu biləndə heyrətə gəldi. "Biz indi nümayiş etdirə bilirik ki, Homo sapiens gözlədiyimizdən 12 000 il əvvəl gəlib və bu populyasiya bundan sonra digər Neandertal populyasiyaları ilə əvəzlənib. Bu, bütün tarix kitablarımızı sanki yenidən yazır." Arxeoloqlar Grotte Mandrin mağarasında 54.000 il əvvələ aid müasir insan qalıqlarını aşkar etdilər, bu, əvvəllər düşünüldüyündən minlərlə il əvvəldir. Neandertallar Avropada hələ 400.000 il əvvəl ortaya çıxıblar. Mövcud nəzəriyyə onların nəslinin təxminən 40.000 il əvvəl, Homo sapiens Afrikadan qitəyə gəlişindən çox keçməmiş yox olduğunu göstərir.