Məşhur Amerikalı təşəbbüskar Elon Muskın rəhbərlik etdiyi şirkət tərəfindən Starlink Qlobal Peyk İnterneti proqramı çərçivəsində daha 58 peyk orbitə çıxarılaraq Starlink peyklərinin sayı 538-ə çatmışdır. Ümumilikdə, 12 min kiçik peykin Yer kürəsinə yaxın orbitə çıxarılması planlaşdırılır. Şirkət rəhbərinin sözlərinə görə orbitdəki Starlink cihazlarının sayı 800-ə çatdıqdan sonra İnternetə çıxış xidmətlərinin təqdim edilməsi planlaşdırır. Hər bir peyk 3-5 il orbitdə fəaliyyətə imkan verən ion mühərrikə malikdir. Peykin fəaliyyəti bitdikdən sonra kosmik gəmi sürətini itirərək atmosferin sıx təbəqələrində yanacaqdır. Bu üsulla peyklər kosmosda işləyən modellərə təsir göstərməyəcəkdir. Peyklərin atmosferə müntəzəm olaraq yaxınlaşması səbəbindən SpaceX qruplaşması daim artırılmalıdır. Bu sahədəki xərclər ildə 30-50 milyard dollara çata bilər. Proqnozlara görə, qeyd edilən peyk interneti 2020-ci ilin sonunda ABŞ və Kanadanın şimal hissəsində istifadəyə veriləcəkdir. Mövsümi qasırğa və tufanların başvermə təhlükəsi yüksək olan ABŞ-ın cənub əyalətlərində isə (Avqust və Sentyabr) peyk internetinin 2020-ci ildə bu mövsüm başlamazdan əvvəl istifadəyə verilməsi planlaşdırılır. Bundan əlavə, 2021-ci ilədək Starlink genişzolaqlı İnternet yayımı bütün dünyada istifadəyə veriləcək. Şəbəkəyə giriş yerüstü infrastruktur olmadan baş verəcəkdir. Beləliklə, İnternetə yalnız iki tərəfli peyk Vsat terminalları vasitəsilə və ya İnmarsat, Globalsat, Thuraya kimi daha bahalı sistemlər vasitəsi ilə daxil olmaq mümkün olacaqdır. İyun ayının sonlarında sınaqların keçirilməsinə başlamışdır. Burada əsas tələb sınaq keçirən işçilərin ABŞ-ın şimalında və ya Kanadanın cənub bölgələrində yaşamaları olmuşdur. Şirkət rəhbərinin sözlərinə görə, internet bağlantısı 1 Gbps-dək sürət təmin edə biləcəkdir. Eyni zamanda, şəbəkənin ilkin sınaq mərhələsində qeyd edilən göstərici əhəmiyyətli dərəcədə aşağı ola biləcəyini istisna edilmir. Belə ki,  orbitdə hələ çox az nəqliyyat vasitəsi mövcuddur və bütün avadanlıqlar hələ də konfiqurasiya rejimindədir. Keçirilən sınaqların nəticəsinə görə, siqnalın minimum gecikmə müddəti 21 ms, maksimum yüklənmə sürəti 45.9 Mbps, yüklənmələr isə 10.1 Mbps təşkil etmişdir. Los-Ancelesdən olan istifadəçisi tərəfindən aparılmış şəbəkə testləri siqnalların 94ms-lik gecikmə ilə ötürülməsini, yükləmə sürətinin isə 17 Mbps olduğunu göstərmişdir. Bu nəticələr, kabel vasitəsilə təmin edilən İnternet üzərindən ənənəvi İnternet provayderlərinin siqnalların orta gecikməsi ilə eynidir. Lakin, məlumatların ötürülmə sürəti elan ediləndən 20 dəfə daha aşağıdır. Çox güman ki, bunun səbəbi orbitdəki peyklərin sayının çox az olmasıdır. Əşyaların İnterneti Peyk İnterneti üçün potensial tətbiq hesab olunur. Starlink şirkəti uğurlu olduğu halda, sərnişin gəmiləri, təyyarə və hətta avtomobillər üçün sürətli şəbəkə bağlantısı təmin ediləcəkdir. Şirkət hələ peyk interneti üçün yerüstü terminalın qiymətini və aylıq abunə haqqının miqdarını açıqlamayıb, lakin mütəxəssislər sistemə girişin istifadəçilər üçün ayda 100 dollara başa gələcəyini proqnozlaşdırırlar.