
Starbucks və Netflix, Netflixin YouTube və Facebook kanallarında yayımlanan bir video seriyası ilə pandemiya dövründə sürətlənmiş bir neçə istehlakçı tendensiyasından istifadə etməyi düşünür. Netflix Kitab Klubu, istehlakçılara filmlərdə və seriallara uyğunlaşdırılmış kitablar haqqında məlumat əldə etməyə imkan verir.
İstehlakçılar pandemiya dövründən sonra sosial fəaliyyətlər axtardıqları üçün kitab klublarına maraq artmış vəziyətdədir. Qəhvəni bu cür sosial əlaqələrə birləşdirmək, Starbucks üçün qaçırılmaz fürsətdir.
Starbucks CMO-u Brady Brewer, "Qəhvə bizi sevdiklərimizlə, dostlarımızla və hətta tanımadığımız insanlarla bir şeylər paylaşmaq üçün bir araya gətirir. Elə buna görə də Starbucks insanların bir-biri ilə ədəbiyyat və əyləncə mövzusunda söhbət etməsi üçün bir cəmiyyət qurdu" deyə öz açıqlamasında bildirib.
Starbucks bu əməkdaşlıqla birgə videoları öz kafelərində nümayiş etdirir və istehlakçıların, insanların söhbət edə biləcəyi "nə ev, nə də iş yeri" imicini qoruyub saxlayır.
Eyni zamanda, Netflix, "Bridgerton" və "Queen's Gambit" də daxil olmaqla kitab uyğunlaşdırmalarını keçən il ərzində səs-küy yaradan hitlərə çevirən istehlakçıları daha da cəlb edə bilər. Bu cür məzmun Netflix -in gəlir əldə etməsinə kömək etsə də, abunəçilərinin artımı yavaşlama müşahidə olundu. Netflix Kitab Klubu kimi pulsuz təkliflərlə istehlakçıları məzmununa cəlb etmək və yeni abunəçilərin cəlb olunmasına kömək edə bilər.
Starbucks daha əvvəl digər axın xidmətləri ilə əməkdaşlıq etmişdi. Şirkət 2019-cu ildə Amazon Prime Video ilə bir araya gələrək, dünyanın hər yerində futbolun arxasındakı insan hekayələri haqqında altı hissəli bir sənədli serial hazırlamış və nümayiş etmişdi.