Texasın cənubunda o qədər də kiçik olmayan kosmik raket var: "SpaceX"in "Starship" meqa-raketi.
"Starship" təkcə dünyanın ən böyük, ən güclü raketi deyil. Həm də "SpaceX"in indiyə qədər inşa etdiyi heç bir şeyə bənzəmir. Əslində, o, dünyanın heç bir raketinə bənzəmir. Meqa-raket iki hissədən ibarətdir. "Super Heavy" adlanan birinci hissədə raket gücləndiricisi tamamilə gümüşü, "Starship" adlı ikinci hissədə kosmik gəmi yarı gümüş, yarı qara rəngdədir.
Bu gümüşü-qara rəng sxemi "SpaceX"in ağ "Falcon 9" raketlərindən və ya "NASA"nın narıncı və ağ "Space Launch System"dən tamamilə fərqlidir.
"Starship"in əsasən gümüşdən ibarət hissəsi 300 seriyalı paslanmayan polad adlanan bir növ korroziyaya uğramayan ərintidən gəlir. 1950-ci illərdən bəri ilk dəfədir ki, kimsə bu materialdan raket düzəldir.
Əksər raket şirkətlərinin poladdan qaçmasının səbəbi onun ağır olmasıdır. Raket nə qədər ağır olarsa, eyni yanacaq çənlərində kosmosa daha az faydalı yük daşına bilər. Çox vaxt raketlərin xarici çərçivəsi alüminium və titan kimi davamlı, lakin yüngül metallardan hazırlanır. Titan raketi yüngül saxlamaq üçün əladır, lakin poladdan 15-20 dəfə baha başa gələ bilər.
Buna görə də, 2019-cu ildə "SpaceX" "Falcon 9" raketlərinin titan qanadlarını qaynaqlanmış polad qanadlarla əvəz etdi. Bununla belə, "SpaceX"in raketlərində titandan daha çox poladı üstün tutmasının yeganə səbəbi qiymət deyil.
Materialşünaslıq mütəxəssislərinin fikrincə, polad titandan daha yüksək temperatur şəraitində daha yaxşı işləyir. Bu, həm uçuş zamanı, həm də atmosferə yenidən daxil olanda həddindən artıq isti, həm də dərin kosmosda həddindən artıq soyuq şəraitdə işləyə bilmək deməkdir.
Bu vacibdir, çünki "Starship"in missiyası nəhayət insanları aya və Marsa daşımaqdır. Bu, kosmik gəmini -455 dərəcə fahrenheit (-270 dərəcə selsi) kimi soyuq temperaturlara məruz qoymaq deməkdir. Bu da əksər raket materiallarını zəif, kövrək və çatlara meyilli edə bilər. Paslanmayan poladın isə, əksinə, bu temperaturlarda gücü artırır və o, dərin kosmik səyahət üçün ideal edir.
Bundan əlavə, Cənubi Kaliforniya Universitetinin astronavtika professoru Mike Gruntman "Insider"ə deyib: "Korroziyanın qarşısını almaq üçün paslanmayan poladdan istifadə etmək vacibdir. Uçuş zamanı raketin səthi dinamik yüklərə məruz qalır. Struktur güclü materialların olması önəmlidir. Bundan başqa qiymət də rol oynayır”.
Kosmik gəminin "NASA"nın "Space Shuttles"a bənzəyən qara gövdəsi var. Qara hissə silisiumdan hazırlanmış istiliyədavamlı altıbucaqlı plitələr seriyasıdır. Bu plitələr kosmik gəmi Yer atmosferinə yenidən daxil olduqda onu yandırıcı temperaturdan qorumaq üçün nəzərdə tutulmuşdur.
"Starship" plitələri ilə "Space Shuttles" arasında bir fərq onların altıbucaqlı formasıdır. Digər plitələr kvadrat formasındadır. Musk bunun kosmik gəminin həddindən artıq istiləşməsinin və partlamasının qarşısını almaq üçün əlavə bir tədbir olduğunu deyib.