
Kredit reytinq agentliyi S&P bir həftə ərzində ikinci dəfə Rusiyanın kredit reytinqini aşağı salıb. Beynəlxalq kredit reytinq agentliyi Standard & Poor's (S&P) Rusiyanın xarici valyutada uzunmüddətli kredit reytinqini "BB+" və yerli valyutada "BBB-"dən "CCC-" səviyyəsinə endirib. Kredit reytinq agentliyinin verdiyi açıqlamada Rusiyanın kredit reytinqinin növbəti dəfə aşağı salındığı bildirilib. Açıqlamada ölkənin uzunmüddətli xarici valyutada “BB+” və yerli valyutada olan “BBB-” kredit reytinqlərinin “CCC-” səviyyəsinə endirildiyi qeyd edilib.
Rusiyanın Ukraniyaya hərbi müdaxiləsinin Rusiya Mərkəzi Bankının valyuta ehtiyatlarını hədəf alan yeni sanksiyalara səbəb olduğunu xatırladaraq, bunun ehtiyatların böyük bir hissəsini əlçatmaz etdiyi ifadə edilib. Açıqlamada, reytinqin aşağı salınmasının defolt riskini əhəmiyyətli dərəcədə artıracağına inanılan tədbirlərin həyata keçirilməsindən sonra gəldiyi bildirildi.
G7 ölkələrindən yeni məhdudiyyətlərin və Rusiya hökumətinin rublu qorumaq üçün tətbiq etdiyi kapital nəzarətinin ölkənin borcunu ödəmə qabiliyyətini məhdudlaşdıra biləcəyinə diqqət çəkilərək, ölkənin “mənfi” monitorinqdə olduğu bildirilib.
Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra S&P fevralın 25-də Rusiyanın xarici valyutada kredit reytinqini "BBB-"dən "BB+"ya, yerli valyutada kredit reytinqini isə "BBB"dən "BBB-"yə endirib.
Beləliklə, kredit reytinqi agentliyi bir həftə ərzində ikinci dəfə Rusiyanın kredit reytinqini aşağı salıb.