
Beynəlxalq kredit reytinq agentliyi Standard & Poor's ABŞ-ın uzunmüddətli kredit reytinqini "AA+", qısamüddətli kredit reytinqini isə "A-1+" olaraq təsdiqləyərək, kredit reytinqinin proqnozunu "stabil" olaraq saxlayıb.
Ölkənin kredit reytinqi üzrə proqnozunun “stabil” olaraq saxlanıldığını bildirən ölkənin reytinqləri onun şaxələndirilmiş və dayanıqlı iqtisadiyyatını, geniş pul siyasətinin çevikliyini və dünyanın aparıcı ehtiyat valyuta emitenti kimi unikal statusunu əks etdirir.
Açıqlamada, ABŞ-ın reytinqlərinin yüksək dövlət borcu və tədricən azalan maliyyə kəsirləri ilə məhdudlaşdığı, Covid-19 pandemiyasının iqtisadi şokunun yaratdığı kəskin yüksəlişdən sonra sabitləşmə ehtimalı olduğu bildirilib.
S&P-nin açıqlamasında ölkənin kredit reytinqinin "stabil" proqnozunun bu il və 2023-cü il üçün "mülayim" iqtisadi artım gözləntilərinin göstəricisi olduğu bildirilib. Bəyanatda gözlənilməz neqativ siyasi hadisələrin Amerika institutlarının dayanıqlılığına təzyiq göstərəcəyi və ya dolların dünyanın aparıcı ehtiyat valyutası statusunu təhlükə altına qoyacağı təqdirdə yaxın 2-3 il ərzində ölkənin reytinqinin aşağı salına biləcəyi ilə bağlı xəbərdarlıq edilib.
Qeyd olunub ki, ABŞ iqtisadiyyatının bu il 3 faiz, 2023-cü ildə 2,4 faiz, 2024-cü ildə isə 2 faiz artacağı gözlənilir.