Məşhur hüquq firması Jones Day ‘Texas two-step’ layihəsi ilə necə sərvət qazandı?
Klivlenddə yerləşən Jones Day hüquq firmasının ortağı Greg Gordon, şirkətlərə kütləvi hüquq pozuntusu iddiaları ilə mübarizə aparmağa kömək etmək üçün hazırladığı ‘Texas two-step’ strategiyasının faydalarından danışdı.
Hüquq firmasının Dallas ofisində işləyən Gordon korporativ strukturların yenidən qurulması dünyasında professionaldır. Son illərdə o, Koch Industries-ə məxsus olan Johnson & Johnson, Saint-Gobain, Trane Technologies və Georgia Pacific şirkətlərinə davalarını dayandırmağa imkan verən yüksək gəlirli hüquqi strategiyanın marketinqini aparır. Hansı ki, bu davalar şirkətlərə milyardlarla dollar zərər vura bilər.
‘Texas two-step’ adını şirkətləri ayrı-ayrı qurumlara bölməyə və bütün hüquqi öhdəlikləri onlardan birinə bağlamağa imkan verən Texas ştatının qanunundan almışdır. Bundan sonra törəmə müəssisə "11-ci fəsildə" iflas elan edir və əsas müəssisə iddiaçılarla razılaşdırılmış qlobal hesablaşma xərclərini ödəmək üçün yaradılan etimadı maliyyələşdirir.
Tipik olaraq, şirkət və iddiaçılar iflas məhkəmələri tərəfindən nəzarət edilən vasitəçiliklə məşğul olarkən bütün məhkəmə prosesləri dayandırılır. Tərəflər arasında razılaşma əldə edilərsə, şirkət qüsurlu məhsul və ya dərmanla əlaqəli bütün gələcək şəxsi zədə iddialarına qarşı qanundan faydalanır.
Bu sxemə əsasən, ana şirkət səhmdarlara dividendlərin ödənilməsi kimi "11-ci fəsillə" bağlı olan məhdudiyyətlərdən azad edilərək, iflasdan kənarda qala bilər.
Bəzi hüquqşünaslara görə, ABŞ federal apellyasiya məhkəməsi belə qərar verərsə, bu heç də yaxşı olmayacaq. Belə ki, artıq şirkətlər iflas qorxusu olmadan fəaliyyətlərini genişləndirəcəklər. Bu da bir çox hallarda digər problemlərə səbəb ola bilər.