
Silikon Vadisi, Şimali Kaliforniyada San Fransisko Körfəz Bölgəsinin cənubunda; Yüksək texnologiya, innovasiya, vençur kapitalı və sosial media şirkətlərinin qlobal mərkəzi kimi görülən regionun qeyri-rəsmi adıdır. Coğrafi olaraq, təxminən Santa Clara vadisini tutur. Silikon Vadisinin ən böyük şəhəri olan San Xose Kaliforniyanın üçüncü, ABŞ-ın isə onuncu ən böyük şəhəridir.
Silikon Vadisindəki digər böyük şəhərlərə Sunnyvale, Santa Clara, Redwood City, Mountain View, Palo Alto, Menlo Park və Cupertino daxildir.
Bölgənin adı silikon əsaslı MOSFET və çiplərin dizaynı və istehsalı üzrə ixtisaslaşmış bir çox şirkətin yaradılmasından gəlir. Bu gün regionda dünyanın bir çox ən böyük texnologiya şirkətləri, 30-dan çox Fortune 1000 şirkətinin qərargahı və minlərlə startap var. ABŞ-da vençur kapitalı investisiyalarının üçdə biri Silikon Vadisi şirkətlərinə edilir.
Bu səbəbdən rayon sahibkarlıq ekosisteminin və elmi inkişafın mərkəzinə çevrilmişdir. Silikon Vadisində silikon əsaslı inteqral sxem, mikroprosessor, mikrokompüter və bir çox başqa texnologiyalar icad edilmişdir. 2013-cü ilə qədər bölgədə təxminən 250.000 texnologiya işçisi çalışır.