
Dəyər mühəndisliyi (DM) məhsul və ya malların və xidmətlərin “dəyərinin” araşdırma vasitəsi ilə yaxşılaşdırılması üçün istifadə edilən sistematik üsuldur. Dəyər funksiyanın maya dəyərinə olan nisbətidir. Bu səbəbdən də dəyər ya funksiyanın yaxşılaşdırılması, ya da maliyyənin azalılması yolu ilə artırıla bilər. Dəyər mühəndisliyinin əsas prinsiplərinə dəyərin yüksəldilməsi nəticəsində əsas funksiyaların qorunub saxlanılması və azalmaması daxildir.
Əslində dəyər mühəndisliyi, əldə ediləcək nəticənin dəyərini qoruyub yaxşılaşdırmaqla yanaşı, lazımsız xərclərin müəyyənləşdirilməsi və azaldılması məqsədi daşıyır. Bunun üçün yaradıcı, metodiki, elmi və etik fəaliyyət tələb olunur. Söhbət yalnız xərclərin azaldılmasından getmir, çünki bu adətən nəticədə əldə edilən məhsulun keyfiyyətinə öz təsirini göstərir. Bu səbəbdən də xərclər elə azaldılmalıdır ki, o, proses və ya layihələrdən yaranan məhsulun verə biləcəyi dəyərə təsir göstərməsin və ya onu daha da artırsın.
Bir nümunəni nəzərdən keçirək. Tutaq ki, xəyalımızdakı evi tikməyi planlaşdırırıq. Artıq evin yerini, memarlıq planını, sahəsini, ölçülərini, istifadə ediləcək materialları və yeni evimizə dair gözləntilərimizi qarşılamaq üçün lazım olan bir çox digər məsələlərə qərar vermişik.
Digər məsələlər dedikdə divarların beton bloklardan hazırlanması və onun pastel tonlarda rənglənilməsi nəzərdə tutulur. Bunun üçün adi proseslər, yəni hörgü blokları ilə divarların qaldırılması, sonra sementli məhlulla bir suvağın vurulması, daha sonra isə bir neçə qat akril əsaslı qarışığın vurulması və nəhayət seçdiyiniz rənglə boya qatının tətbiq edilməsi həyata keçirilir.
Bütün bunları təhlil etsək görərik ki, istədiyimiz konkret olaraq divarları suvaq ilə hamarlamaq və daha sonra pastel rəng tonu ilə rəngləmək deyil, arzusunda olduğumuz pastel rəng tonlu gips əsaslı nəticəyə nail olmaqdır. Bu məqsədə daha əlverişli mailiyyə vəsaiti ilə alternativ metodlarla nail olmaq mümkündür.
Aşağıdakı alternativi nəzərdən keçirək: Divarlar beton bloklarla da hörülə bilər, daha sonra isə əvvəlcə planlaşdırdığımız bütün suvaq, yapışdırma, boyama və s. yerinə, yalnız sement suvaq tətbiq edilə bilər. Bu seçimlə, suvaq birbaşa divarlara tətbiq edilə bilər. Sementli suvaq artıq inteqrasiya olunmuş rəngə malik olduğundan, digər proseslərin həyata keçirilməsi artıq lazım olmayacaqdır. İşinizə və vaxtınıza qənaət etmiş olacaqsınız (bu da struktur səviyyəsində qənaət deməkdir) və s.
Misal gətirdiyimiz alternativ prosesləri kəmiyyət olaraq müqayisə etmək üçün kiçik maliyyə təhlili həyata keçirə bilərik. Gündəlik fəaliyyətlərimizdə və layihələrimizdə dəyər mühəndisliyi prinsiplərini tətbiq edərək, daha aşağı qiymətə daha yüksək dəyər əldə edə bilərik.