
Samsung şirkəti yeni imza maskotunu, mavi yadplanetli G-NUSMAS-ı təqdim etdi. “Virtual avatar”ın adı Cənubi Koreyalı elektronika istehsalçısının geriyə yazılmış adından götürülüb.
Şirkət qeyd edib ki, G-NUSMAS Yerdən 100 milyon işıq ili uzaqlıqda yerləşən çox uzaq Nowus-129 planetindən gəlib. Alien istifadəçiləri ruhlandıran və onları gücləndirən yeni texnologiyaların inkişafına kömək edir.
Nowus-129 planeti Samsung-un Suwon 129 ünvanında yerləşən Suwondakı qərargahına işarədir.
“G-NUSMAS ideyası insanların Samsungun yeni unikal məhsul buraxdığı zaman etdikləri zarafatdan yaranıb. Onlar deyirlər ki, firma öz innovativ texnologiyasını dizayn etmək və inkişaf etdirmək üçün yadplanetli işə götürmüşdür”, – şirkətdən bildiriblər.
Şirkətə daha gənc müştərilərlə, xüsusən də gənc yaşlarından rəqəmsal texnologiya ilə dərindən məşğul olan Millennials (Y nəsli) və Zoomers (Z nəsli) ilə əlaqə yaratmaq üçün yeni maskot lazım idi.
G-NUSMAS-ın geniş ictimaiyyətə ilk təqdimatı sentyabrın 2-dən 6-dək Berlində keçiriləcək IFA-2022 İstehlak Elektronika Sərgisində baş tutacaq. Bundan əlavə, Samsung YouTube-da mavi yadplanetlinin hekayəsini - onun uzaq planetdə doğulmasından tutmuş Yerə gəlişinə qədər olan hekayəni izah edən bir sıra qısa videolar yayımlayacaq.